kanal1

Cavab verə bilməsək, ABŞ-ın iqtisadi mövcudluq şansı qalmayacaq – Tramp

Tarix:3-06-2025, 14:22
Baxış Sayı:54 526



Administrasiyanın qısa zamanda idxala rüsumlar tətbiq etmək imkanı olmasa, ABŞ-ın iqtisadi mövcudluğu şansı qalmayacaq. Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp özünün Truth Social hesabında qeyd edib.

O, ABŞ məhkəmələrində tarif qərarlarının mübahisələndirilməsindən bəhs edərək yazıb: “Başqa ölkələr bizə qarşı tariflərdən istifadə edə bilsələr və biz onlara tariflərlə tez və çevik cavab verə bilməsək, ölkəmizin cüzi də olsa iqtisadi sağqalma şansı olmayacaq”.

Mayın 28-də ABŞ-ın Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsi Amerika liderinin idxal rüsumlarının tətbiqi ilə bağlı qərarının icrasını əngəlləyib və bunu prezident səlahiyyətlərindən sui-istifadə etməsi ilə əsaslandırıb. Məhkəmə təkcə Trampın aprelin 2-də elan etdiyi 185 ölkə və ərazinin məhsullarına cavab tariflərini deyil, həm də daha əvvəl Kanada, Çin və Meksikadan idxala tətbiq edilən tarifləri bloklayıb. Eyni zamanda, məhkəmə qərarı avtomobillərin və onların ehtiyat hissələrinin, polad və alüminiumun tədarükü tariflərinə şamil edilməyib.

Mayın 29-da ABŞ-ın Apellyasiya Məhkəməsi gömrük rüsumlarının bloklanmasına dair qərarı dayandırıb. Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə qeyd edib ki, ABŞ administrasiyası bu işi ölkənin Ali Məhkəməsinə vermək niyyətindədir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi