kanal1

ABŞ və Çin arasında ticarət danışıqları “yaxşı gedir” – Neft qiymətləri yüksəldi

Tarix:11-06-2025, 09:00
Baxış Sayı:42 863

ABŞ və Çin arasında ticarət danışıqları “yaxşı gedir” – Neft qiymətləri yüksəldi


ABŞ ilə Çin arasında davam edən ticarət danışıqları müsbət atmosferdə keçdiyindən beynəlxalq bazarda neftin qiyməti yenidən yüksəlməyə başlayıb.

“The Financial Times” nəşrinin yazdığına görə, ABŞ və Çin nümayəndə heyətləri çərşənbə axşamı səhər saat 10:30-dan etibarən Britaniyanın hökumət binası olan Lankaster Hausda danışıqlara başlayıblar. ABŞ-ın ticarət naziri Hovard Lütnek bildirib ki, müzakirələr bütün gün boyu davam edəcək: “Dünən bütün günü danışıqlar apardıq, bu gün də eyni şəkildə davam edəcəyik. Danışıqlar yaxşı gedir, birlikdə çox vaxt keçiririk”.

Görüşlərdə Çinin vitse-premyeri Xı Lifən və ABŞ-ın maliyyə naziri Skott Bessent də iştirak edir. Bu görüşlər, ötən həftə ABŞ prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpin arasında baş tutan telefon danışığından sonra planlaşdırılıb. Ağ Evdən verilən mesajlara əsasən, əgər Pekin nadir torpaq elementlərinin ixracını sürətləndirməyə razılıq versə, Tramp Çinlə çip ticarətinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasını nəzərdən keçirə bilər.

Danışıqlarla bağlı müsbət gözləntilər neft bazarına da təsir göstərib. Reuters agentliyinin məlumatına görə, Brent markalı neftin fyuçers qiyməti 81 sent və ya 1,2% artaraq 67,85 dollara çatıb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 83 sent və ya 1,3% bahalaşaraq 66,12 dollar olub. Bu artım hər iki növ neftin son 7 həftənin ən yüksək göstəricisinə çatmasına səbəb olub. Brent üçün bu, 17 apreldən bəri ən yüksək bağlanışa doğru irəliləyiş sayılır. WTI üçün isə 3 apreldən bəri ən yüksək səviyyə qeydə alınıb.

Ekspertlər hesab edirlər ki, ABŞ-Çin danışıqlarında əldə olunacaq nəticələr təkcə texnologiya və ticarət sferasına deyil, enerji bazarına da birbaşa təsir göstərəcək.(Musavat.com)

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi