kanal1

Çin bəyan etdi: Arxada oturub seyr edə bilmərik

Tarix:19-06-2025, 09:47
Baxış Sayı:50 864

Çin bəyan etdi: Arxada oturub seyr edə bilmərik


Pekin İsrailin hərəkətlərinin beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən normaları pozduğunu, İranın suverenliyinə və təhlükəsizliyinə qəsd etdiyini, regional sülhü, sabitliyi pozduğunu bəyan edib.

Belə bir bəyanatla Çinin xarici işlər naziri Vanq Yi çıxış edib.

"Münaqişə İranın nüvə problemi ilə bağlı çətin qazanılan yaxınlıq danışıqlarını pozdu və Omanın vasitəçilik səylərinə xələl gətirdi. Çin həmişə bütün mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olub və güc təhdidinə və ya güc tətbiqinə qarşı çıxıb. Biz İsrailin güc tətbiqinə dərhal etirazımızı bildirdik.
Əsas prioritet atəşkəs və hərbi əməliyyatlara son qoyulmasıdır.

Biz arxada oturub regional vəziyyətin uçuruma yuvarlanmasını seyr edə bilmərik. Bu kritik anda beynəlxalq ictimaiyyət, xüsusilə də regional ölkələr öz qüvvələrini daha da birləşdirməli, ədaləti müdafiə etməli və müharibəyə qarşı çıxmalıdır. Beynəlxalq birlik  sülhü dəstəkləməklə siyasi həll yollarını təşviq etmək üçün beynəlxalq impuls yaratmalıdır”, - çinli nazir bəyan edib.

Nazir onu da əlavə edib ki, Çin Oman və regionun digər ölkələri ilə əlaqələrini davam etdirməklə müharibənin dayandırılmasında və Yaxın Şərqdə sülhün bərqərar olunmasına kömək etməkdə konstruktiv rol oynayacaq.

Xatırladaq ki,  “The Telegraph” son günlər Çin yük təyyarələrinin İrana uçduğunu bildirib. Uçuşların monitorinqi məlumatları Şanxay da daxil olmaqla Çin şəhərlərindən qalxan təyyarələrin Orta Asiya üzərindən uçduğunu və İran sərhədi yaxınlığında radarlardan itdiyini göstərib. Uçuş planlarında son təyinat məntəqələri Lüksemburq kimi göstərilib, lakin təyyarələr Avropa hava məkanında aşkar edilməyib. Bildirilir ki, belə təyyarələr çox vaxt hərbi texnikanın daşınması üçün istifadə olunur.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək