kanal1

Texas ştatının rəsmiləri ölümcül daşqına qarşı tədbirlərlə bağlı çoxsaylı sualdan yayınır

Tarix:10-07-2025, 10:07
Baxış Sayı:35 898

Texas ştatının rəsmiləri ölümcül daşqına qarşı tədbirlərlə bağlı çoxsaylı sualdan yayınır


Daşqından zərər çəkmiş ABŞ-ın Texas ştatının rəsmiləri iyulun 4-də ən azı 119 nəfərin ölümünə səbəb olan təbii fəlakət barədə insanları xəbərdar etmək üçün daha təsirli tədbirlər görülə biləcəyi ilə bağlı suallardan yayınıblar.

AZƏRTAC “Reuters” agentliyini istinadla xəbər verir ki, qurbanların böyük əksəriyyətinin həlak olduğu Kerr dairəsində səhər saatlarında keçirilən brifinqində polis rəisi Leri Leyta cümə günü erkən səhər saatlarında baş verən hadisə ilə bağlı xilasedicilərin hərəkətlərini müdafiə edib. Agentliyin yazdığına görə, “Qırmızı kod” daşqın xəbərdarlığına cavab vermək üçün nə qədər vaxt lazım olduğunu soruşduqda isə, Leyta birbaşa cavab verməkdən imtina edərək bildirib ki, əsas diqqət itkin düşmüş insanların tapılmasına yönəlib və nəyinsə səhv olduğunun tam təhlili daha sonra aparılacaq.

Texas ştatının qubernatoru Qreq Ebbott ölənlərin sayının əhəmiyyətli dərəcədə arta biləcəyini irəli sürərək deyib ki, çərşənbə axşamı axşam saatlarına olan məlumata əsasən, 170-dən çox adam itkin düşüb. Onun sözlərinə görə, axtarış qrupu cümə günündən bəri bir nəfər də olsun canlı insan tapmayıb.

Cümə günü səhər saatlarında bölgədə yağan güclü yağışlar (bir saatdan az müddətdə bir futdan çox yağıntı olub) və Qvadelupa çayının səviyyəsinin təxminən 9 metr qalxması Kerr dairəsinin inzibati mərkəzi olan Kervill şəhərini tamamilə dağıdıb.

Leyta jurnalistlərə bildirib ki, çərşənbə günü səhər saatlarına olan məlumata görə, Kerr qraflığında ölənlərin sayı 30-u uşaq olmaqla 95 nəfərdir. Qurbanların sayına Qvadelupa sahillərindəki qızlar üçün “Mistik” yay düşərgəsindən ən azı 27 düşərgə iştirakçısı və rəhbər də daxildir.

Texas ştatının qanunverici orqanı bu ayın sonunda fövqəladə hallara cavab tədbirlərini araşdırmaq və fəlakət üçün maliyyə vəsaiti təmin etmək üçün xüsusi sessiya çağıracaq.

Rəsmilər bildiriblər ki, qısa müddət ərzində yağan yağışın miqdarı insanları daha da böyük təhlükə ilə üz-üzə qoymadan evakuasiya etməyi mümkünsüz edib. Həmçinin qeyd olunub ki, mahal geniş ərazini əhatə edir və kənd yerlərində mobil telefon xidmətinin zəif olması ünsiyyəti çətinləşdirir. Bu bölgədə təxminən səkkiz il əvvəl erkən xəbərdarlıq sisteminin qurulması nəzərdə tutulurdu, lakin onu maliyyələşdirmək üçün dövlət qrantı ala bilməyən yerli orqanlar sonradan bu ideyadan imtina edib. Kerr qraflığı relyefinə görə daşqınlara xüsusilə meylli olan Texas ştatının Hill-Kantri mərkəzində yerləşir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi