kanal1

Nüvə müharibəsi təhlükəsi: Böyük Britaniya və Fransa niyə hərəkətə keçdilər?

Tarix:12-07-2025, 09:00
Baxış Sayı:40 873

Nüvə müharibəsi təhlükəsi: Böyük Britaniya və Fransa niyə hərəkətə keçdilər?


Son günlər beynəlxalq arenada baş verən hadisələr dünya ictimaiyyətini ciddi narahatlığına səbəb olub. ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı sərt tənqidlərindən sonra Moskvanın reaksiyası daha aqressiv olub. Bunun fonunda Böyük Britaniya və Fransa nüvə silahından istifadə ilə bağlı birgə strateji bəyannamə imzalayıblar. Bu addım Qərbin nüvə siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Artan hərbi ritorika, bir-birinə yönəlmiş ittihamlar və nüvə arsenalı ilə bağlı açıq bəyanatlar qlobal sabitliyə ciddi təhlükə yaradır. Bəs bu gərginlik həqiqətən də nüvə müharibəsinə çevrilə bilərmi? Dünyanı gözləyən real ssenarilər nədir və diplomatik çıxış yolları hələ qalırmı?

mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Natiq Miri bildirib ki, Nüvə silahı çəkindirici məqamdır, bu baxımdan Fransa və Böyük Britaniya ittifaqı Rusiya üçün çəkindirici xarakter daşıyır:

"Çünki nüvə müharibəsinin qalibi yoxdur. Ona görə də Rusiyanın zaman-zaman nüvə silahı ilə dünyanı hədələməsinin bir qarşılığı olaraq Böyük Britaniya və Fransa birgə ittifaq yaratmaqla Rusiya qarşısında pariteti təmin etdilər. Bu da bundan sonra Rusiya üçün çox ciddi çəkindirici məqam olacaq. Çünki Rusiyanın nüvə silahı varsa, eyni silah Avropada - Böyük Britaniyada və Fransada da mövcuddur və taktiki nüvə silahı ilə vurmaq hədəsi, eyni silahın artıq zərbəsini gözləmək deməkdir. Yəni bundan sonra Rusiyanın bu cür hədələri demək olar ki, təsirsizləşdi. Buna görə də hər hansı bir nüvə müharibəsi potensialı bütün fikirlərə rəğmən sadəcə sərt ritorikadan və hədələrdən başqa bir şey olmayacaq. Çünki nüvə silahı ilə hədələyən eyni nüvənin zərbəsini və onun nəticələrini öz üzərində hiss etməlidir. Bu isə böyük bir məsuliyyətdir. Ona görə də düşünmürəm ki, belə bir nüvə müharibəsi təhlükəsi mövcuddur. Rusiyaya qarşı atılacaq addım bəlli idi və bunu Londonla Paris birgə etdilər".

"O ki qaldı Trampın Rusiyadan narazılığına, Ağ Ev rəhbəri bəzi gerçəkləri anlamış oldu və onu da başa düşdü ki, Moskva güc və təzyiq görməsə, heç bir anlayışlı davranış ortaya qoymayacaq. Ona görə də Donald Tramp yeni təzyiq siyasətinə keçib. Bir tərəfdə Rusiyaya qarşı Ukraynaya özünü müdafiə üçün strateji silahlar tədarük olunur, digər tərəfdə Rusiyaya qarşı ağır sanksiyaların tətbiqi edilməsi gündəmdədir. Düşünürəm ki, iyul ayının ortalarına qədər bu istiqamətdə konkret qərarlar veriləcək. Təbii ki, bir də Ukraynaya yönəlik müəyyən təzyiq mexanizmləri də var. Bu da Trampın yeni bir siyasətidir. Bu baxımdan, bu siyasət və Londonla Parisin nüvə silahı ilə bağlı yaratdıqları ittifaq nüvə müharibəsinin başlamasından çox uzaqdır. Əksinə, bu bir paritet, balans yaratdı ki, həm Avropa, həm ABŞ, həm də Rusiya üçün çəkindirici məqam olsun", - deyə politoloq vurğulayıb.

Müsahibimiz əlavə edib ki, bu, sadəcə Rusiya ilə bağlı məsələ deyil:

"Çünki hər nə qədər də Moskva ilə strateji tərəfdaş olsa da, Rusiyanın nüvə silahından istifadə etməsinə Çin belə razı olmaz. Çünki bu təhlükə sadəcə Rusiyanı, Avropanı əhatə etmir, bu, qlobal bir təhlükədir və böyük bir məsuliyyət tələb edir".

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər