kanal1

"Terrorsuz Türkiyə": Silah buraxan PKK-çılar və rəhbərlərinə nə olacaq?

Tarix:24-07-2025, 08:56
Baxış Sayı:44 510

"Terrorsuz Türkiyə": Silah buraxan PKK-çılar və rəhbərlərinə nə olacaq?


Ankarada son günlərdə yüksək səviyyəli və sıx siyasi təmaslar müşahidə olunur. 

Qaynarinfo xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bir-birinin ardınca siyasi partiyaların liderlərini ziyarət edib. Bu görüşlərin əsas gündəmini isə "Terrorsuz Türkiyə" üçün nəzərdə tutulan yeni addımlar təşkil edir. Kulis məlumatlarına görə, prosesin detalları artıq aydınlaşmağa başlayıb.

Silah buraxma prosesi davam edir

Əldə edilən məlumata əsasən, silahlı qrupların bölgələrdə silah buraxması artıq başlayıb və bu proses mərhələli şəkildə davam etdiriləcək. Terrorçuların gizləndiyi bölgələr tədricən təmizlənəcək və təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınacaq. İlk mərhələdə Türkiyə sərhədlərinə yaxın ərazilərdə əməliyyatlara prioritet veriləcək.

Dağlıq bölgələrdə və mağaralarda gizlənən terrorçular könüllü şəkildə silahlarını təhvil verəcək. Silahlar Türk Silahlı Qüvvələri tərəfindən qeydiyyata alınaraq məhv ediləcək.

Təşkilat rəhbərləri Türkiyəyə qayıtmayacaq

Prosesin hüquqi mərhələsi üçün də qanunvericilik sahəsində hazırlıqlar aparılır. Əldə edilən məlumatlara görə, terror təşkilatlarının rəhbər heyətinin Türkiyəyə geri dönməsi mümkün olmayacaq. Yalnız cinayət törətməyən və silah buraxma şərtini yerinə yetirən şəxslər üçün hüquqi imkanlar yaradılacaq.

Bu məqsədlə Türk Cinayət Məcəlləsinə müvəqqəti maddələr əlavə olunacaq və yeni hüquqi təriflər daxil ediləcək.

İŞİD, DHKP-C və FETÖ nə olacaq?

Sözügedən qanun dəyişikliyi yalnız silah buraxıb özünü buraxan təşkilatları əhatə edəcək. Digər terror təşkilatları - İŞİD, DHKP-C və FETÖ isə bu çərçivəyə daxil olmayacaq. Rəsmi mənbələrə görə, bu qanuni dəyişiklik terrorla mübarizədə zəifliyə yol açmayacaq. Mövcud qanundakı peşmanlıq anlayışından ayrıca bir hüquqi tərif gətiriləcək.

Reabilitasiya və uyğunlaşdırma layihələri planlaşdırılır

Cinayətlərə qarışmamış şəxslər üçün reabilitasiya və cəmiyyətə uyğunlaşdırma proqramları həyata keçiriləcək. Bu mərhələdə bir neçə dövlət qurumu birgə fəaliyyət göstərəcək. Milli Təhsil Nazirliyi vasitəsilə həm təhsil kursları, həm də peşə öyrədən proqramlarla cəmiyyətə uyğunlaşma dəstəklənəcək. Sənaye Nazirliyi də peşə öyrədici layihələrlə prosesə qoşula bilər.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək