kanal1

Trampın dönüşü: ABŞ 33 ildən sonra nüvə sınaqlarına qayıdır – dünya yeni silahlanma yarışından qorxur

Tarix:31-10-2025, 09:00
Baxış Sayı:30 426



Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp, Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi verib. O, bu qərarını “digər ölkələrin sınaqlar keçirməsi” ilə əsaslandırıb — söhbət, yəqin ki, Rusiyanın “Burevestnik” raketi və “Poseydon” adlı sualtı nüvə aparatının sınaqlarından gedir.

Vladimir Putin isə bu sınaqları nüvə xarakterli saymadığını və Rusiyanın yalnız başqalarının addımlarına cavab verəcəyini bildirib.

ABŞ-da nüvə mühərrikli silah yoxdur, buna görə də Trampın əmri “klassik nüvə partlayışı” sınaqlarına qayıtmaq deməkdir. Bu, 1992-ci ildən bəri ilk belə addım olacaq. SSRİ-də son nüvə partlayışı 1990-cı ildə, ABŞ-da isə 1992-ci ildə həyata keçirilmişdi. 1991-ci ildə Corc Buş və Mixail Qorbaçov SNV-1 müqaviləsini imzalayaraq nüvə silahlanması yarışını dayandırmışdılar.

Xarici agentliklərə istinadən xəbər verir ki, Qərb mediası bütün bu prosesə fərqli reaksiyalar göstərib.

"Reuters" yazır ki, Ağ Ev Trampın göstərişini təsdiqləyib, lakin partlayışın olub-olmayacağı barədə açıqlama verməyib. Agentliyin məlumatına görə, Pentaqon, Energetika Nazirliyi və kəşfiyyat arasında təcili məsləhətləşmələr başlanıb. Avropa və Asiya diplomatları isə “geri dönməz eskalasiya riski” barədə xəbərdarlıq ediblər.

"CNN" bu qərarı 1992-ci ildən bəri tətbiq olunan könüllü moratoriumdan kəskin dönüş kimi qiymətləndirib və onu “sinxron siqnal” adlandırıb: Rusiya, ABŞ və Çin son illərdə nüvə poliqonlarını və tunelləri yeniləyir, daşıyıcı sistemlərin sınaqları isə artıq davam edir. CNN-in fikrincə, bu qərar Si Cinpinlə görüş ərəfəsində nüvə məsələsini danışıqların mərkəzinə çıxarmağa yönəlib.

"The New York Times" “bərabər şərtlərlə sınaqlar” ifadəsini qəsdən qeyri-müəyyən sayır. Nəşrə görə, bu, birbaşa nüvə partlayışı deyil, daşıyıcı sistemlərin intensiv testləri ola bilər. Lakin bu belə digər gücləri oxşar addımlara sövq edə və ABŞ–Rusiya–Çin danışıqlarını çətinləşdirə bilər.

"Financial Times" isə Trampın qərarını həm Kremlə, həm də Pekinə yönəlmiş təzyiq aləti kimi şərh edir. Qəzet yazır ki, əgər ABŞ real partlayış sınağına keçərsə, Moskva və Pekin də cavab addımları ata bilər. Hətta real partlayış olmasa belə, bu, sanksiya və ixrac nəzarət rejimini sərtləşdirəcək.

"The Atlantic" kolumnisti Tom Nikols bu qərarı “Soyuq müharibə dövrünün səhvi” adlandırır. Onun fikrincə, bu addımın strateji faydası yoxdur, çünki ABŞ-ın nüvə arsenalının etibarlılığı model və qeyri-nüvə sınaqları ilə çoxdan təsdiqlənib. Əvəzində isə siyasi zərbə böyükdür — beynəlxalq sazişlərin dağılması, gərginliyin artması və KXDR, Pakistan və Hindistan kimi dövlətlər üçün təhlükəli nümunə yaradılması.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər