kanal1

2026-da dünyanı nələr gözləyir? - Məşhur jurnal illik proqnozunu açıqladı

Tarix:15-11-2025, 09:22
Baxış Sayı:26 953

2026-da dünyanı nələr gözləyir? - Məşhur jurnal illik proqnozunu açıqladı


“The Economist” jurnalı çoxdan gözlənilən illik "The World Ahead" (“Qarşıdakı dünya”) başlıqlı üz qabığını nəşr edib.

2026-cı il üz qabığında qlobal böhranlar və texnologiyadan iqlim və geosiyasətə qədər geniş mövzularda güclü mesajlar yer alıb.

Jurnal qabığında dünya liderlərinin yer aldığı təəccüblü bir kompozisiya ilə manşetlərə çıxıb.



Tanklar, robotlar, çiplər...

ABŞ-nin 250 illiyinə işarə edilən "250" rəqəmi yazılan tort, ətrafında Tramp, Si Cinpin, Putin, Zelenski və Netanyahunun fiqurları qlobal gərginliyi simvolizə edir. 
Tanklar, robotlar, çiplər və peyvənd simvolları müharibə, texnologiya və səhiyyə arasında qalan yeni bir dünya nizamına işarə edir.

Qütbləşmə

2026-cı il ABŞ üçün tarixi bir dönüş nöqtəsi olsa da, “The Economist”in təhlili ölkədə birlik deyil, siyasi münaqişənin hökm sürdüyünü göstərir. Jurnal bu suala diqqət çəkir: Növbəti qlobal böhranda Amerikaya kim kömək edəcək?

Trampın qeyrı-müəyyənlik strategiyası

Bildirilir ki, Donald Trampın "qeyri-müəyyən" yanaşması qısa müddətdə güc təmin edə bilər, lakin uzun müddətdə ABŞ-ni təcrid edə bilər. Müttəfiqlərin uzaqlaşma riski 2026-cı ilin geosiyasi dönüş nöqtələrindən biri kimi qəbul edilir.

Zənginlərin kasıblıq sınağı

Jurnal inkişaf etmiş ölkələrdə borcların artacağını və yüksək faiz dərəcələrinin təzyiqinin yeni böhran dalğası yarada biləcəyi barədə xəbərdarlıq edir. Bu ssenari qlobal sabitliyi və BMT-nin 2030-cu il hədəflərinin maliyyələşdirilməsini təhdid edir.

Yoxsulluqla mübarizə, bərabərlik və ətraf mühitin qorunması hədəflərinin iqtisadi və siyasi qarışıqlıq səbəbindən təxirə salına biləcəyi bildirilir. “The Economist” "2026-cı ilin 2030-cu il üçün taleyüklü bir il olacağını" qiymətləndirir.

Süni intellekt inkişafdadır, amma...

Üz qabığındakı robot və çip simvolları süni intellektin 2026-cı ilə qədər həyatın hər sahəsində daha həlledici olacağını göstərir. Lakin mütəxəssislər işsizliyin, məlumatların inhisarlaşdırılmasının və etik məsələlərin artacağı barədə xəbərdarlıq edirlər.

İqlim böhranı: ümid cənubdən gələ bilər

Qlobal temperatur artımı kritik həddə yaxınlaşdıqca Latın Amerikası, Afrika və Asiyada bərpa olunan enerji investisiyaları ümidverici kimi vurğulanır. Jurnal bildirir ki, şimal ölkələri geridə qalıb, lakin həll yolu cənub yarımkürəsindən gələ bilər.

Yeni soyuq müharibə: ABŞ-Çin-Rusiya üçbucağı

“The Economist” dünyanın artıq ikiqütblü olmadığını, ABŞ, Çin və Rusiyanın yaratdığı yeni güc üçbucağı qeyri-müəyyənliyi artırdığını yazır. Bu proses ittifaqların yenidən formalaşmasına səbəb ola bilər.

Avropanın çətin ili

Rusiya təhdidi, iqtisadi tənəzzül və ifrat sağçıların yüksəlişi 2026-cı ildə Avropa Birliyini kritik bir sınaq qarşısında qoyacaq: Birlik, yoxsa parçalanma?

Səhiyyədə yeni dövr

Üz qabığındakı peyvənd simvolları, arıqlama dərmanlarının və gen terapiyalarının geniş yayılacağı 2026-cı ildə yeni bir tibbi dövrün xəbərçisi kimi şərh olunur.

2026 Dünya kuboku

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Kubokunun yalnız idman tədbiri deyil, həm də diplomatik güc nümayişi olacağı gözlənilir.

"The Economist"in mesajı aydındır: Vaxt tükənir və seçimlər daralır.

Jurnal vurğulayır ki, 2026-cı ildə verilən qərarlar 2030-cu il hədəflərinin taleyini müəyyən edəcək.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər