kanal1

"Mossad" rəhbərindən xəbərdarlıq: İsrail İranla növbəti müharibəyə hazırlaşır?

Tarix:19-12-2025, 16:00
Baxış Sayı:16 806



"Mossad" rəhbəri David Barnea İranı hələ də nüvə silahı yaratmağa çalışmaqda ittiham edib.

"İran İsraili məhv etmək istəyindən imtina etməyib. Nüvə bombasını hazırlamaq hələ də onların arzusudur. Bizim məqsədimiz əvvəl amerikalılarla sıx əməkdaşlıqda ciddi zərər vurulmuş nüvə layihəsinin heç vaxt həyata keçirilməməsini təmin etməkdir",- deyə o bildirib.

D.Barneanın sözlərinə görə, İran "dünyanı aldatmaq və daha bir pis nüvə sazişi əldə etmək" niyyətindədir.

"Biz pis bir sazişin (İranın nüvə proqramı - red.) bağlanmasına imkan verməmişik və verməyəcəyik", - deyə o vurğulayıb.
Yeni İran-İsrail savaşı gözlənilirmi?

Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a dedi ki İranla İsrail arasında gərginlik sadəcə iki dövlət arasında gərginlik deyil: "Bu, beynəlxalq münasibətlər sisteminə ciddi təsir edən və ən azı Yaxın Şərqin nizamını yenidən formalaşdıra biləcək gərginlikdir.

İsraillə İran arasındakı 12 günlük müharibə bir çox reallığı ortaya qoydu. Birincisi və bəlkə də, ən vacibi- iki ölkə arasında qarşıdurmada maraqlı olan qüvvələr var. İkincisi, İsrailin kəşfiyyat xidməti kifayət qədər güclüdür və İsrail nöqtə zərbələri endirməyə üstünlük verir. Üçüncüsü, İran özünün iddia etdiyi gücə sahib deyil. Dördüncüsü, həm İran, həm də İsrail növbəti toqquşmaya hazırdır.

Əvvəl də dediyimiz kimi, İsrailin iyun ayında İrana hücum etməkdə məqsədi Tehranla Vaşinqton arasında nüvə dosyesi üzrə danışıqlara mane olmaq idi. Çünki belə bir danışıqlar və ümumiyyətlə tərəflər arasındakı mümkün kompromis Təl-Əvivə sərf etmir.

Həm ABŞ-nin, həm də İsrailin İrana əsas təzyiq vasitəsi nüvə silahı yaratmaq vasitəsidir. Bu isə təkcə səbəb yox, həm də bəhanədir. Hətta İran sabah nüvə silahı yaratmaqdan imtina etsə belə, bu dövlətə təzyiqlər səngiməyəcək. İran isə yalnız ABŞ ilə qarşılıqlı güzəştə gedə bilər.

İsrailin İrana təzyiq vasitəsi kimi məhz nüvə silahı amilini göstərməyi, şübhəsiz ki, həm də ABŞ-nin diqqətini çəkməyə hesablanıb.

David Barneanın səsləndirdiyi fikirlərə gəldiksə isə demək lazımdır ki, bu, İsrailin regional eskalasiya niyyətindən əl çəkmədiyini göstərir. Bəlkə də, İsrail İrana növbəti hücuma zəmin yaradır. Bunun ABŞ-nin diktəsi və ya müstəqil qərar olduğunu zaman göstərəcək.

Bütün hallarda düşünürəm ki, münasibətlərin bundan sonrakı inkişafı xeyli dərəcədə ABŞ-nin maraqlarına uyğun olacaq. Vaşinqton istəsə tərəfləri növbəti dəfə üz-üzə gətirəcək. Əks halda isə növbəti eskalasiya olmayacaq".

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər