kanal1

Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı

Tarix:19-12-2025, 08:34
Baxış Sayı:12 291

Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı


ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteyn işində yeni foto və sənədləri ictimaiyyətə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, dərc olunan fotolar arasında “Microsoft”un qurucusu Bill Qeytsin üzü gizlədilən bir qadınla birlikdə çəkilmiş fotosu da yer alır. Sözügedən görüntü sosial mediada və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Açıqlanan fotolar ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin Demokrat üzvləri tərəfindən paylaşılıb. Materiallarda Epşteynin malikanəsi ilə bağlı yeni şəkillər, sənədlər və digər vizual sübutlar da yer alır.

Paylaşılanlar arasında Epşteynin adına verilmiş Ukrayna pasportu, gənc qızların göndərilməsi ilə bağlı ifadələrin yer aldığı mesajların ekran görüntüləri, eləcə də, Vladimir Nabokovun “Lolita” romanından bir sitatın əks olunduğu şəkil diqqət çəkir. Bu materiallar Epşteyn işinin əhatə dairəsinin daha da genişləndiyini göstərir.

Yeni fotolar arasında Epşteynin ofisində qadınlarla əhatə olunduğunu göstərən görüntülər də var. Bu şəkillər işin məzmunu ilə bağlı sualları daha da artırıb.

Yayımlanan şəkillər arasında Epşteynin məşhur dilçi və filosof Noam Çomski ilə təyyarədə söhbət etdiyini əks etdirən foto da yer alır.

Komitə üzvləri bildiriblər ki, fotolarda üzlər və şəxsi məlumatlar senzuradan keçirilib. Demokratlar məqsədlərinin hər hansı şəxsi birbaşa ittiham etmək deyil, şəffaflığı təmin etmək olduğunu vurğulayıblar, fotoların kontekst və tarixi məlumat olmadan təqdim edildiyini qeyd ediblər.

Qeyd edək ki, bundan əvvəl də ABŞ Prezidenti Donald Tramp, ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və Böyük Britaniya şahzadəsi Endryunun fotoları Ceffri Epşteynin arxivindən üzə çıxmışdı.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı.


DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi