kanal1

Sensasion anons: Bu tarixdə İrana müharibə elan olunacaq

Tarix:22-12-2025, 16:00
Baxış Sayı:10 030



İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ Prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək.

Mənbələrin məlumatına görə, Netanyahu Tehranın genişlənən raket proqramının və İsrail, region, ABŞ-nin maraqları üçün təhdid kimi qəbul edilən nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir.

Qeyd edək ki, daha əvvəl "Mossad" rəhbəri David Barnea İranı hələ də nüvə silahı yaratmağa çalışmaqda ittiham etmişdi.

Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a deyib ki, İranla İsrail arasında gərginlik sadəcə iki dövlət arasında gərginlik deyil: "Bu, beynəlxalq münasibətlər sisteminə ciddi təsir edən və ən azı Yaxın Şərqin nizamını yenidən formalaşdıra biləcək gərginlikdir. İsraillə İran arasındakı 12 günlük müharibə bir çox reallığı ortaya qoydu. Birincisi və bəlkə də, ən vacibi- iki ölkə arasında qarşıdurmada maraqlı olan qüvvələr var. İkincisi, İsrailin kəşfiyyat xidməti kifayət qədər güclüdür və İsrail nöqtə zərbələri endirməyə üstünlük verir. Üçüncüsü, İran özünün iddia etdiyi gücə sahib deyil. Dördüncüsü, həm İran, həm də İsrail növbəti toqquşmaya hazırdır. Əvvəl də dediyimiz kimi, İsrailin iyun ayında İrana hücum etməkdə məqsədi Tehranla Vaşinqton arasında nüvə dosyesi üzrə danışıqlara mane olmaq idi. Çünki belə bir danışıqlar və ümumiyyətlə tərəflər arasındakı mümkün kompromis Təl-Əvivə sərf etmir. Həm ABŞ-nin, həm də İsrailin İrana əsas təzyiq vasitəsi nüvə silahı yaratmaq vasitəsidir. Bu isə təkcə səbəb yox, həm də bəhanədir. Hətta İran sabah nüvə silahı yaratmaqdan imtina etsə belə, bu dövlətə təzyiqlər səngiməyəcək. İran isə yalnız ABŞ ilə qarşılıqlı güzəştə gedə bilər.

İsrailin İrana təzyiq vasitəsi kimi məhz nüvə silahı amilini göstərməyi, şübhəsiz ki, həm də ABŞ-nin diqqətini çəkməyə hesablanıb.

Düşünürəm ki, ABŞ İsraildən İrana təzyiq vasitəsi kimi istifadə etməyə davam edir. Eyni zamanda Vaşinqtom həm də Tehran vasitəsilə Təl-Əvivi "sıxışdırır". Bu mənada ABŞ heç də İsrailə özünün müttəfiqi kimi yaxınlaşmır. Sadəcə maraqlarına uyğun hərəkət edir.

Bütün hallarda düşünürəm ki, münasibətlərin bundan sonrakı inkişafı xeyli dərəcədə ABŞ-nin maraqlarına uyğun olacaq. Vaşinqton istəsə tərəfləri növbəti dəfə üz-üzə gətirəcək. Əks halda isə növbəti eskalasiya olmayacaq".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi