kanal1

Venesuelada ikinci hərbi əməliyyat keçirilə bilər - Trampdan ŞOK AÇIQLAMA

Tarix:6-01-2026, 09:09
Baxış Sayı:16


ABŞ prezidenti Donald Tramp "NBC News"a verdiyi müsahibədə Venesuelada yaxın zamanda seçkilərin keçirilməyəcəyini açıqlayıb.


Onun sözlərinə görə, ölkə Amerika rəhbərliyi altında “uzunmüddətli bərpa” prosesinə ehtiyac duyur.


Tramp xəbərdarlıq edib ki, Karakasdakı mövcud hökumət Vaşinqtonla əməkdaşlıqdan imtina edərsə, ABŞ ikinci bir hərbi müdaxiləyə hazırdır. Bununla yanaşı, o, ABŞ-nin Venesuela ilə müharibə apardığını inkar edərək bildirib ki, Vaşinqton narkotik qaçaqmalçıları, cinayətkar qruplar və “məhbusları həbsxanalardan azad edib ABŞ-yə göndərənlər”lə mübarizə aparır.


ABŞ prezidenti Venesuela vitse-prezidenti Delsi Rodrigezin ABŞ hökuməti ilə əməkdaşlıq etdiyini iddia edib. Trampın sözlərinə görə, Venesuelanın idarəçiliyində iştirak edəcək ABŞ rəsmilərindən ibarət qrupa dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller və vitse-prezident C.D. Vens daxil olacaq. Əsas qərarverici şəxsin kim olacağı sualına isə Tramp “mən” cavabını verib.


Tramp yaxın 30 gün ərzində Venesuelada seçkilərin keçirilməsini də istisna edib. O bildirib ki, ölkə əvvəlcə “sağalmalıdır” və normal vəziyyətə qayıtmalıdır. ABŞ prezidentinin hesablamalarına görə, bərpa prosesi 18 aydan az çəkə bilər, lakin bunun üçün sonradan neft gəlirləri hesabına geri qaytarılacaq böyük maliyyə vəsaiti tələb olunacaq.


ABŞ-nin Venesuela hökumət rəsmiləri ilə prezident Nikolas Maduronun devrilməsi ilə bağlı razılaşmasının olub-olmaması sualına Tramp “Bəli” cavabını verib və bir çox şəxsin belə razılaşma istədiyini bildirib. O, həmçinin yanvarın 3-də ABŞ-nin “Mütləq Qətiyyət” adlı əməliyyatı həyata keçirdiyini açıqlayıb. Daha əvvəl “New York Times” qəzeti Vaşinqtonun Venesuela hakimiyyəti daxilində Maduronun ələ keçirilməsi planına kömək edən agentinin olduğunu yazmışdı.


Qeyd edək ki, ABŞ Nikolas Maduronu “narkoterrorizm”, ölkəyə kokain qaçaqmalçılığı ilə bağlı sui-qəsd və qanunsuz silah saxlamaqda ittiham edir. Yanvarın 5-də Maduronun və həyat yoldaşının Nyu-Yorkda məhkəmə qarşısına çıxması barədə məlumat yayılıb. Hər iki şəxs irəli sürülən ittihamları rədd edir.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər