kanal1

İsraildən ABŞ-a gözlənilməz İran təklifi: Məqsəd nədir?

Tarix:14-01-2026, 14:22
Baxış Sayı:1 063

İsraildən ABŞ-a gözlənilməz İran təklifi: Məqsəd nədir?


İsrail rəsmiləri ABŞ administrasiyasına gizli şəkildə İrana qarşı potensial hərbi əməliyyatları təxirə salmağı təklif ediblər.


Məlumatı NBC News yayıb: "İsrail rəsmiləri Tramp administrasiyasına bildiriblər ki, İranda rejim dəyişikliyini və ABŞ-ın bunu asanlaşdırmaq səylərini tam dəstəkləsələr də, hazırda xarici hərbi müdaxilənin etirazçıların işlərini başa çatdırmasına mane ola biləcəyindən narahatdırlar”.


NBC-nin məlumatına görə, israillilər amerikalılara "rejimi qeyri-sabitləşdirmək və etirazçıları dəstəkləmək məqsədi daşıyan" digər variantlar təklif ediblər. Onlar potensial addımlar kimi İranda internet bağlantısının yaxşılaşdırılmasını, iqtisadi sanksiyaları və "konkret İran liderlərinə qarşı kiberhücumlar və ya hətta hədəflənmiş hərbi əməliyyatları" qeyd ediblər.


Bundan əlavə, nəşrin məlumatına görə, bir ərəb rəsmisi də hazırda ABŞ-ın İrandakı hərbi əməliyyatlarına "qonşuların həvəsinin olmadığını" bildirib.


Başqa bir rəsmi isə ötən ilin iyun ayında ABŞ və İsrailin hücumundan sonra İranda hökumətə artan dəstəyin təsirini qeyd edərək "İsrail və ya ABŞ tərəfindən hər hansı bir hücum və ya eskalasiyanın iranlıları birləşdirəcəyindən" narahatlığını vurğulayıb.

Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ
İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR
İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Amnistiya aktı 22 935 şəxsə şamil edildi
Amnistiya aktı 22 935 şəxsə şamil edildi
Bakı Köçəryanı gözləyir... - Xocalı canisindən qayıdış VƏDİ
Bakı Köçəryanı gözləyir... - Xocalı canisindən qayıdış VƏDİ