kanal1

Kadırovçular saxta döyüş səhnələri çəkirlər

Tarix:5-04-2022, 15:21
Baxış Sayı:182 541

Kadırovçular saxta döyüş səhnələri çəkirlər


Mariupolda kadırovçularun iştirakı ilə “döyüşlər” səhnələşdirilib. Çeçenistan rəhbərinin “Tiktok döyüşçüləri” sanki əraziyə nəzarət edirmiş kimi video çəkiblər. Kadırov özü də Mariupolun “ələ keçirilməsi” haqda danışıb.

Axar.az xəbər verir ki, bu barədə “Slidstvo.İnfo” məlumat yayıb.

Jurnalistlər çeçenlərin videogörüntülərini öyrənib və onların çəkildiyi yerləri tapıblar. Xüsusilə, Kadırovun Mariupolun tutulması ilə öyündüyü iddia edilən videolardan biri şəhərdən kənarda - Rusiya sərhədinə daha yaxın olan Levoberejnı rayonunda lentə alınıb.

Kadırovçuların boş yaşayış binasına atəş açdığı video da həmin ərazidə lentə alınıb. Maraqlıdır ki, martın 24-də Kadırov Levoberejnının təmizlənməsinin başa çatdığını elan etsə də, bir neçə gün dalbadal oradan videolar yayımlayıb - həm martın 28-də, həm də 29-da. İzləyicilər yaraqlıların zirehli texnikanın arxasında gizlənərək artıq bombardmanlar nəticəsində dağıdılmış binanı pulemyotlardan atəşə tutduqlarını görüblər. Eyni zamanda, operator açıq ərazidə dayanır, bu o deməkdir ki, atəşə cavab verilməyəcəyini dəqiq başa düşür.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi