kanal1

Tramp Makronu qəsdən vurdu?- Paris–Vaşinqton xəttində yeni diplomatik qalmaqal

Tarix:21-01-2026, 14:22
Baxış Sayı:1 041


ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrondan aldığı şəxsi mesajı paylaşmaqla onu bilərəkdən hədəfə alıb.


Bu barədə "The Guardian" nəşri öz mənbələrinə və siyasi müşahidələrinə istinadən yazıb.


Nəşrin fikrincə, Trampın Makronun mesajını sosial şəbəkədə yayması sırf təsadüfi addım deyil və məqsəd Fransa liderini nüfuzdan salmaq, onu ictimai şəkildə “xırdalamaq” olub. "Guardian" qeyd edir ki, Tramp Makronu “alçaltmağı sevən” lider kimi tanınır və bu davranış onun siyasi üslubunun bir hissəsidir.


Musavat.com bildirir ki, "The Guardian"a görə, Makronun Trampı qıcıqlandırmasının əsas səbəblərindən biri Fransa prezidentinin Qəzza ilə bağlı yaradılması planlaşdırılan “Sülh Şurası”na qoşulmaqdan imtina etməsi ola bilər. Qəzet hesab edir ki, məhz bu rədd cavabı Trampın əsəblərini pozub və nəticədə o, şəxsi diplomatik yazışmanı açıq müstəviyə çıxarmaq qərarına gəlib.


Xatırladaq ki, Tramp daha əvvəl "Truth Social" platformasında Makronun ona göndərdiyi mesajı yayımlayıb. Mesajda Fransa prezidenti Parisdə G7 formatında görüş keçirməyi təklif edir, eyni zamanda Ukrayna, Danimarka, Suriya və Rusiya nümayəndələrinin də bu görüşə dəvət oluna biləcəyini bildirirdi. Bu isə Avropa diplomatiyasının qapalı mexanizmlərinin ifşası kimi dəyərləndirilmişdi.


Analitiklərin fikrincə, bu hadisə Tramp–Makron münasibətlərində mövcud olan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Ekspertlər vurğulayırlar ki, şəxsi yazışmaların ictimailəşdirilməsi ABŞ–Avropa münasibətlərində etimad böhranını daha da dərinləşdirə və gələcək diplomatik təmaslara mənfi təsir göstərə bilər.


"The Guardian" yazır ki, Trampın bu addımı həm də digər Avropa liderlərinə mesaj xarakteri daşıyır: Vaşinqtonla açıq fikir ayrılığı şəxsi səviyyədə belə cavabsız qalmaya bilər.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər