kanal1

Arktika savaşı: Etirazlar başladı, NATO ora baxmır

Tarix:22-01-2026, 13:42
Baxış Sayı:681


ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını bir daha bəyan edib. O, adanı “dünya üçün təhlükəsizlik toru” rolunu oynaya biləcək “buz parçası” adlandıraraq, Vaşinqtonun Qrenlandiyanı almaq istədiyini bildirib. Tramp NATO daxilində “Ata” kimi tanındığını vurğulayıb və Qrenlandiyanın ABŞ-a təhvil verilməsinə görə minnətdar olacaqlarını, əks halda bunu “xatırlayacaqlarını” deyib. ABŞ lideri çıxışında “Biz dünyanı qorumaq üçün bir buz parçası istəyirik. Biz heç vaxt başqa bir şey istəməmişik” ifadəsini işlədib.


Bu açıqlamalar Qrenlandiyada ciddi narazılıqla qarşılanıb. Ada sakinləri sosial şəbəkələrdə, xüsusilə TikTok və İnstaqramda Trampın təşəbbüslərinə qarşı etiraz kampaniyası başladıb. Ölkə.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, pov_fromarctic adlı istifadəçi “Amerika mədəniyyətini Qrenlandiyaya gətirmək” başlığı ilə video paylaşıb. Videoda ABŞ şəhərlərində tez-tez rast gəlinən fentanil asılılarının davranışları parodiya edilir. Bu paylaşımlar Trampın “satınalma” ritorikasına ironik və kəskin ictimai reaksiya kimi qiymətləndirilir.


Xatırladaq ki, yanvarın əvvəlində Donald Tramp ABŞ-ın milli təhlükəsizlik maraqları naminə Qrenlandiyanın, hətta güc yolu ilə belə ilhaq edilməsinin mümkünlüyünü istisna etməmişdi. O, adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edərək, bu regionun ABŞ üçün kritik əhəmiyyət daşıdığını vurğulamışdı.


Bu fonda NATO-nun baş katibi Mark Rutte isə diqqəti Qrenlandiya mövzusundan yayındıraraq Alyans üçün əsas təhlükənin Rusiyanın Ukraynaya qarşı apardığı müharibə olduğunu bildirib. The Guardian qəzetinin məlumatına görə, Rutte Davosda çıxışı zamanı qeyd edib ki, ikinci dərəcəli mövzulara fokuslanmaq beynəlxalq ictimaiyyətin əsas prioritetdən — Ukraynaya dəstəyin davam etdirilməsindən — diqqətini yayındıra bilər. O vurğulayıb ki, Rusiya sərt şaxtalar fonunda Ukraynanın enerji infrastrukturuna raket və dron zərbələrini davam etdirir, ölkə isə hazırda enerji ehtiyaclarının yalnız 60 faizini ödəyə bilir. NATO baş katibi Avropanı gələcək təhlükələrə hazır olmaq üçün hərbi-sənaye potensialını genişləndirməyə çağırıb.


Trampın Qrenlandiya ilə bağlı ritorikası Vaşinqtonun Arktika regionunda artan geosiyasi rəqabəti açıq şəkildə etiraf etdiyini göstərir. ABŞ üçün bu ərazi təkcə coğrafi deyil, həm də Çin və Rusiyanın fəallaşdığı yeni strateji cəbhə kimi dəyərləndirilir. Lakin Trampın sərt və kommersiya yönümlü yanaşması həm NATO daxilində narahatlıq yaradır, həm də Qrenlandiya cəmiyyətində müqaviməti gücləndirir. Mark Ruttenin mövqeyi isə Alyansın hazırda resurs və diqqət baxımından “prioritet seçimi” dilemması ilə üz-üzə qaldığını göstərir: bir tərəfdə Arktika və gələcək risklər, digər tərəfdə isə Ukraynada davam edən real və aktiv müharibə. Bu ziddiyyət NATO daxilində strateji koordinasiya probleminin dərinləşdiyini göstərən mühüm siqnaldır.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi