kanal1

Zelenski: Donbası sülh yolu ilə Rusiyaya verməyəcəyik

Tarix:26-01-2026, 13:12
Baxış Sayı:661

Zelenski: Donbası sülh yolu ilə Rusiyaya verməyəcəyik


Ukrayna heç bir halda Donbası sülh müqaviləsi çərçivəsində Rusiyaya təhvil verməyəcək, ona görə də kompromis axtarılmalıdır. 


Bunu Prezident Vladimir Zelenski Əbu-Dabidə danışıqların nəticələrini şərh edərkən deyib.

"Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır", -  o vurğulayıb.


Zelenski ümid edir ki, Amerika diplomatiya naminə bu müharibə üçün Rusiyaya təzyiqi azaltmayacaq.


Zelenski eyni zamanda avropalıların da qətiyyətli mövqe sərgiləməsinin və Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirmələrinin zəruriliyini qeyd edib. 

Zelenski hesab edir ki, xüsusilə Baltik dənizi vasitəsilə neft daşıyan Rusiya tankerləri tamamilə dayandırılmalı və sanksiyalardan yayınma sxemləri bloklanmalıdır. O bildirib ki, bu, əsl və ədalətli sülhə nail olmaq üçün minimum əsasdır.

Qeyd edək ki,  ötən həftə BƏƏ-də keçirilən Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlarda  əsas müzakirə premdeti Donbasın gələcək taleyi məsələsi olub.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi