kanal1

İran son kartını işə saldı - Pezeşkian-Əraqçı tandemi niyə indi hərəkətə keçdi?

Tarix:27-01-2026, 09:00
Baxış Sayı:646

İran son kartını işə saldı - Pezeşkian-Əraqçı tandemi niyə indi hərəkətə keçdi?


İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçının ABŞ prezidenti Donald Trampa ölkələrinə hücum əmri verməməsi üçün birbaşa yazılı müraciət etdikləri yönündə yayılan son məlumatlar dünyanın diqqət mərkəzindədir. Bu barədə ilkin olaraq, "İsrail Hayom" qəzeti məlumat yayıb.


Doğrudur, bu məlumat hələ təsdiqini tapmayıb, amma təsdiq olunarsa, o zaman sual çıxacaq ki, mesaj niyə məhz indi göndərilib?


Məlumatlara görə, Pezeşkianın yazılı zəmanəti ilə müşayiət olunan məktub ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff vasitəsilə Trampa çatdırılıb, Abbas Əraqçının mesajının isə, vatsap üzərindən göndərildiyi bildirilir.

İran diplomatiyasının iki əsas fiqurunun eyni vaxtda hərəkətə keçməsi təsadüfdürmü, yoxsa mümkün hərbi zərbənin qarşısını almaq üçün koordinasiyalı planın tərkib hissəsidir? Tehran Vaşinqtonla etimad mühiti yaratmağa çalışır, yoxsa sadəcə vaxt qazanmaq istəyir?


İsrail mənbələrinin iddialarına görə, bu mesaj Trampın hücum qərarını dəyişdirən yeganə faktor olmasa da, ABŞ prezidentinin yanaşmasına təsir göstərib. Bəs bu diplomatik gediş bölgədə genişmiqyaslı müharibənin qarşısını ala biləcəkmi? ABŞ və İsrail İranın bu addımını səmimi dialoq çağırışı kimi qəbul edəcək, yoxsa bunu Tehranın zəiflik əlaməti sayacaqlar?


Siyasi şərhçi Fikrət Fərəməzoğlu hər iki müraciətin qarşı tərəfdən ciddiyə alınmayacağını düşünür.

O, Musavat.com-da fikirlərini belə əsaslandırdı: "Əvvəla, Tramp da təsdiqləyib ki, İran danışıq aparmağa hazırdır. Elə Ağ Ev də məsələyə müsbət baxır. Amma ABŞ prezidentinin qəti şərti var: Yalnız Əli Xamenei ilə danışıq apara bilər. Digərləri ilə mümkün deyil. İranın dini lideri isə ölkədən kənara çıxmayıb və indiki yaşında çıxması da mümkün deyil. Buna yaşı imkan vermir. Eyni zamanda, bu onun tərəfdarları yanında nüfuzuna xələl gətirən faktordur. Digər tərəfdən, Xamenei də dəfələrlə bəyan edib ki, ABŞ-la danışıqlar əhəmiyyətsizdir. Pezeşkian və ya Əraqçının Ağ Evə mesaj göndərməsi mümkündür. Lakin düşünmürəm ki, Vaşinqton bu mesaja müsbət yanaşsın. Elə bəzi detallar da belə deməyə əsas verir ki, bu cür müraciət olsa da, ciddiyə alınmayıb. Məsələn, ABŞ özünün ən ciddi hərbi qüvvələrini Körfəzə gətirib. Üstəlik, Tramp bu günlərdə açıqlayıb ki, İranla bağlı ciddi düşünür və "görək nə olur" deyib.


Qısacası, gedişat fonunda Pezeşkian və Əraqçının mesajı hərbi əməliyyatların dayanmasına təsir edən amil kimi diqqəti çəkmir.


Bir şeyi də qeyd edim ki, nə Pezeşkian, nə də Əraqçı İranda söz sahibi deyillər. Onlar dini liderin təlimatı ilə işləyən fiqurlardır. ABŞ həm də onların mesajını ona görə ciddiyə almaz ki, onlarla əldə olunmuş razılaşmanın uzun müddət davam edəcəyinə güvənməzlər. Çünki, bu gün ABŞ-la danışıq İrana vaxt qazandırmağa hesablanıb. İşlərini qaydasına salan kimi, əvvəllər olduğu kimi, yenə razılaşmanı pozacaqlar. Bunu isə Ağ Evdə yaxşı bilirlər".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi