kanal1

ABŞ və İsraildən İrana göndərilən 2 gizli MESAJ - SEPAH SENSASİON MƏLUMAT YAYDI

Tarix:28-01-2026, 15:30
Baxış Sayı:1 042


"Təl-Əvivin təhdidləri reallaşmayıb və İran ona ötürülən heç bir siqnalı qəbul etməyib".


SEPAH-ın telegram kanalı xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanı, general Möhsün Rezayinin müşaviri bildirib.


Onun sözlərinə görə, son iki həftə ərzində İrana iki mühüm mesaj göndərilib və hər ikisi rədd edilib:


"Birinci mesaj ABŞ-dən gəlib. Vaşinqton məhdud zərbə endirmək niyyətində olduğunu bildirib və Tehranın bu zərbəni ya “udacağını”, ya da ümumiyyətlə cavabsız qoyacağını gözləyib. İran isə qəti şəkildə bunu qəbul etməyib, müharibə qaydalarını və “qırmızı xətləri” yenidən nəzərdən keçirdiyini bəyan edərək, istənilən zərbəni tammiqyaslı müharibə aktı kimi qiymətləndirəcəyini açıqlayıb".


Rezayinin müşaviri iddia edib ki, ikinci mesaj İsrail tərəfindən vasitəçilər üzərindən göndərilib:


"Mesajda İsrailin ABŞ-nin hücumunda iştirak etməyəcəyi iddia olunub və İrana İsrailə zərbə endirməmək təklif edilib. Bu müraciət də mənfi cavab alıb. Tehran açıq şəkildə bildirib ki, ABŞ-nin hərbi əməliyyata başlaması halında İsrail legitim hədəfə çevriləcək. Bununla paralel olaraq, İran regiondakı bütün ölkələrə xəbərdarlıq göndərib. Bildirilib ki, onların ərazisindən və ya hava məkanından edilən istənilən hücum həmin ölkələrin öz hücumu kimi dəyərləndiriləcək".


Mənbənin məlumatına görə, məhz bu amil ABŞ-nin ötən çərşənbə axşamı gecə üçün planlaşdırılan zərbəni ləğv etməsinin əsas səbəbi olub. Əməliyyat təxirə salınıb və bölgəyə genişmiqyaslı hücum və müdafiə qüvvələri yeridilib.


Məlumatda bildirilir ki, bu addımlar üç məqsəd güdür: İranın qarşısını almaq, mümkün cavab zərbəsini bloklamaq və eskalasiya ssenarisinə hazırlıq görmək.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi