kanal1

Trampın Tehrandan nə istədiyi açıqlandı: CENTCOM zonasına yığılan hərbi texnika heyrət doğurur

Tarix:28-01-2026, 14:00
Baxış Sayı:1 062


Vəziyyət tükdən asılıdır – ABŞ–İran qarşıdurması yeni mərhələdə

Tanınmış tədqiqatçı-ekspert İlqar Altay ABŞ–İran gərginliyi ilə bağlı yayımladığı analitik yazıda bölgədə yaranmış hərbi-siyasi vəziyyətin son dərəcə kritik həddə çatdığını bildirib.


 İlqar Altayın yazısında qeyd olunur ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln təyyarədaşıyan gəmisi onu müşayiət edən esmineslər, F-35 və F/A-18 tipli döyüş təyyarələri ilə birlikdə artıq İranın yaxınlığında yerləşən CENTCOM zonasına daxil olub. Məlumata görə, hazırda bölgədə 45–50 ədəd ABŞ zərbə təyyarəsi, atom sualtı gəmisi, 12 F-15E, eləcə də ballistik raket daşıyıcıları və digər zərbə vasitələri mövcuddur.


Ekspertin yazısında vurğulanır ki, yayılan məlumatlara əsasən, ABŞ prezidenti Tramp Tehrandan rejimin devrilməsini deyil, strateji təslim olmasını tələb edir. Bu tələblərə İranın uran zənginləşdirmə prosesini tam dayandırması, mövcud uranın ölkədən çıxarılaraq məhv edilməsi və ballistik raket proqramının ciddi şəkildə məhdudlaşdırılması daxildir.


Eyni zamanda, bəzi mənbələrdə iddia olunur ki, guya İran bu şərtləri qəbul edərsə, Tramp da Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsində geniş razılaşmalara gedəcək. İlqar Altay bu iddiaları Kreml təbliğatı kimi dəyərləndirir və bildirir ki, məqsəd Rusiyanın qlobal nüfuzunun hələ də davam etdiyi görüntüsünü yaratmaqdır.


Məqalədə qeyd olunur ki, ABŞ-ın regionda bu miqyasda və böyük maliyyə xərcləri hesabına hərbi yığım aparması yarımçıq plan olmadığını göstərir. İlqar Altayın fikrincə, Vaşinqton İranın verdiyi vədlərə etibar etmir və əvvəlki qarşıdurmalar zamanı öhdəliklərin yerinə yetirilməməsi bunu sübut edib.


Ekspert yazısında prosesin lokal deyil, qlobal strateji planın tərkib hissəsi olduğunu bildirir. Onun qənaətinə görə, Yaxın Şərqin tam nəzarət altına alınması üçün İranın da ABŞ-ın birbaşa təsir dairəsinə keçməsi hədəflənir. Bu, ya diplomatik yolla, ya da hərbi ssenari vasitəsilə reallaşa bilər.


İlqar Altay həmçinin vurğulayır ki, Tramp administrasiyası Rusiyanı artıq Suriya, Venesuela və Cənubi Qafqaz kimi regionlarda həlledici güc kimi qəbul etmir. Onun fikrincə, hazırda Putinin əlində yalnız Ukrayna faktoru qalır və bu da müvəqqəti xarakter daşıyır.


Ekspert yazısını belə nəticə ilə yekunlaşdırır: ABŞ-ın İran ətrafında atdığı addımlar bölgədə vəziyyəti “tükdən asılı” həddə gətirib və qarşıdakı mərhələ Yaxın Şərqdə güc balansını köklü şəkildə dəyişə bilər.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək