kanal1

İran çökür, ticarət zəncirləri qırılır, hansı ölkə daha çox itirəcək - Şok siyahı

Tarix:29-01-2026, 11:08
Baxış Sayı:691

İran çökür, ticarət zəncirləri qırılır, hansı ölkə daha çox itirəcək - Şok siyahı


İranda baş verən iqtisadi və maliyyə çöküşü artıq milli böhran deyil. Bu, zəncirvari təsir yaradan, sərhəd tanımayan, regionu aşaraq qlobal iqtisadi sistemi silkələyən təhlükəli prosesdir. ABŞ-la dərinləşən gərginlik, sanksiyalar və siyasi təcrid Tehranın iqtisadi damarlarını bir-bir kəsir. Amma bu qanaxma təkcə İranın içində qalmır, onun dalğası İranla ticarət edən bütün ölkələrə yayılır.


İllərlə qurulan ticarət-iqtisadi zəncir bu gün göz görə-görə qırılır. Bank kanalları bağlanır, ödənişlər dayanır, logistika iflic olur. Nəticə isə amansızdır: İranla iqtisadi bağlılığı olan ölkələrin iqtisadiyyatları bir-bir risk zonasına düşür. Bu, təkcə Yaxın Şərqin problemi deyil. Bu, qlobal iqtisadi sınaqdır.


Ən böyük zərbəni isə yenə Çin alacaq

Böhranın ən ağır zərbəni isə İranın ən böyük ticarət tərəfdaşı daşıyan Çin olacaq. Bu gün Pekin İranın xarici ticarətinin 90 faizindən çoxuna nəzarət edir. İran–Çin ticarət dövriyyəsi 22,43 milyard dollar həcmində qiymətləndirilir. Bu rəqəm indi sual altındadır.


ABŞ-ın təzyiqləri, sanksiyaların sərtləşməsi və mümkün yeni tariflər Çinin neft idxalına, enerji təhlükəsizliyinə və strateji iqtisadi maraqlarına birbaşa zərbə vurur. Tehran batdıqca, Pekin də bu bataqlığın təsirindən yan keçə bilmir. Bu artıq sadəcə iqtisadi risk deyil, bu, geosiyasi itki təhlükəsidir.


Çindən sonra İranla ən sıx ticarət əlaqəsi olan ölkələr də bir-bir risk zonasına daxil olur. İlk onluqda olan ölkələr isə bunlardır:İraq-7,34 milyard dollar: Birləşmiş Ərəb Əmirlikləri- 6,01 milyard dollar; Hindistan-1,89 milyard dollar; Əfqanıstan-1,65 milyard dollar; Pakistan-1,36 milyard dollar; Oman-1,13 milyard dollar; İndoneziya-936,5 milyon dollar; Tailand-752,05 milyon dollar və Rusiya-691,9 milyon dollar.

Bu ölkələr üçün İran böhranı sadəcə statistik rəqəm deyil. Bağlanan bazarlar, dayanan müqavilələr, batmış investisiyalar, itirilən milyardlar deməkdir. Bu siyahı, əslində, İran böhranının beynəlxalq itki xəritəsidir.

Nəticə olaraq onu qeyd etmək olar ki, İran böhranı təkcə bir ölkənin böhranı hesab etmək yanlışlıq olar.


İranda yaşanan iqtisadi-maliyyə iflası və ABŞ-la qarşıdurma artıq nə gizlədilə, nə də lokallaşdırıla bilir. Bu böhranın coğrafiyası genişdir, təsiri dərin və dağıdıcıdır. İranla ticarət edən ölkələr üçün bu proses yaxşı heç nə vəd etmir.


Bir həqiqət açıqdır: Tehran silkələndikcə, dünya bazarları da titrəyir. İran batdıqca, onunla birlikdə milyardlarla dollarlıq ticarət də suyun altına gedir. Və bu prosesin qalibləri yoxdur, yalnız itirənlər var.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi