kanal1

Kremldən ŞOK İran açıqlaması: Rusiya Buşehr AES-ı boşaltmağa hazırdır

Tarix:30-01-2026, 09:58
Baxış Sayı:2 495

Kremldən ŞOK İran açıqlaması:  Rusiya Buşehr AES-ı boşaltmağa hazırdır


Putin bunu İsrail və ABŞ-a çatdırıb

Rusiya zəruri hallarda İrandakı Buşehr Atom Elektrik Stansiyasını boşaltmağa hazırdır və Rusiya prezidenti Putin bu məsələni İsrail və ABŞ ilə müzakirə edib.


Bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev  İrandakı Buşehr Atom Elektrik Stansiyasındakı (AES)  vəziyyətlə bağlı açıqlama verərkən deyib.

Lixaçev əlavə edib ki,  ötən il İrana hücumlar zamanı Buşehr AES ən təhlükəsiz yer olub.


 "Rusiya Prezidenti Vladimir Putin bu məsələni hərtərəfli araşdırıb və həm İsrail, həm də ABŞ tərəfləri ilə müzakirə edib", - Lixaçev qeyd edib.


Münaqişə tərəflərinin AES-lərin toxunulmazlığına hörmət etməli olduqlarını qeyd edən Lixaçev əlavə edib ki, biz hadisələri yaxından izləyirik: “Rusiya XİN və Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zəruri hallarda təxliyə tədbirləri görməyə hazırıq".

Putin 2025-ci ilin iyun ayında verdiyi açıqlamada İranın cənubundakı Buşehr şəhərində yerləşən elektrik stansiyasında yüzlərlə rusiyalı işçinin çalışdığını bildirib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi