kanal1

Tramp ABŞ-ın yeni xəritəsini elan etdi: Kanada, Qrenlandiya, Venesuela

Tarix:3-02-2026, 12:00
Baxış Sayı:834

Tramp ABŞ-ın yeni xəritəsini elan etdi: Kanada, Qrenlandiya, Venesuela


ABŞ prezidenti Donald Trampın ərazi genişləndirilməsi ilə bağlı açıqlaması Vaşinqtonda keçirilən qapalı  tədbirdə iştirak edənlər arasında qəribə bir sükuta səbəb olub.


“The Washington Post” xəbər verir ki, ABŞ-da çox məhdud sayda siyasi və biznes elitasının qatıldığı, qapalı qapılar arxasında keçirilən illik “Alfalfa Club” şam yeməyində Trampın Qrenlandiya, Kanada və Venesuela ilə bağlı açıqlamaları əsas mövzulardan biri olub. Vaşinqtondakı tədbirdə Trampın belə dediyi bildirilir:


“Biz Qrenlandiyanı işğal etmirik, onu alırıq. Mən heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək istəməmişəm. Kanada 51-ci ştat ola bilər. Qrenlandiya 52-ci, Venesuela isə 53-cü ştat”.

 “The Washington Post” qeyd edir ki, Trampın çıxışı bir çox hallarda stand-up komediya rutini təsiri bağışlasa da, bəzi zarafatlar zalda soyuq qarşılanıb və otaqda açıq şəkildə yöndəmsiz bir sükut yaranıb. Tramp özü isə sonradan jurnalistlərə açıqlamasında çıxışını “komediya axşamı” adlandırıb.


Məqalədə qeyd olunur ki, “JPMorgan Chase”in baş direktoru Ceymi Daymon və Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell kimi nüfuzlu şəxslərin iştirak etdiyi zalda Trampın bəzi açıqlamaları əlavə gərginlik yaradıb.


Trampın “Bu otaqda nifrət etdiyim çoxlu insan var, amma əksəriyyətinizi sevirəm” ifadəsini işlətdiyi də iddia edilir.


Bundan əlavə, ABŞ prezidentinin Federal Ehtiyat Sisteminin rəhbərliyinə namizəd Kevin Uorş barədə zarafatla “əgər faiz dərəcələrini aşağı salmasa, onu məhkəməyə verəcəyini” deyib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi