kanal1

Ankaradakı təyyarə qəzasının "qara qutusu" açıldı: Faciənin pərdəarxası detalları açıqlandı

Tarix:5-02-2026, 08:20
Baxış Sayı:621

Ankaradakı təyyarə qəzasının "qara qutusu" açıldı: Faciənin pərdəarxası detalları açıqlandı


Türkiyənin Ankara bölgəsi yaxınlığında qəzaya uğramış, Liviya Baş Qərargahının nümayəndə heyətini daşıyan təyyarənin səs yazıları deşifrə edilib.


 "Haber Global" bildirir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu məlumat verib.


Nazirin sözlərinə görə, göyərtəsində Liviya hərbi nümayəndə heyəti olan və Ankarada qəzaya uğrayan təyyarənin "qara qutusu" üzərində aparılan araşdırmalar nəticəsində səsyazıcı qurğudakı (CVR) bütün məlumatlar deşifrə olunub. Pilotların söhbətləri iki generatorun sıradan çıxdığını göstərib.


Uraloğlu bildirib ki, təyyarə fövqəladə vəziyyət çağırışından əvvəl və sonra dispetçer qülləsi ilə fasiləsiz əlaqədə olub və elektrik sistemində nasazlıq yaşandığını xəbər verib.


Nazirin sözlərinə görə, bir müddət sonra pilotlar hava limanına qayıtmaq istədiklərini bildirərək aviasiyada ən yüksək səviyyədən bir pillə aşağı hesab edilən "PAN-PAN, PAN-PAN, PAN-PAN" çağırışını ediblər. Bu çağırışdan sonra dispetçer qülləsi təyyarəni istiqamətləndirmək üçün tədbirlərə başlayıb və sistemlərin tam sıradan çıxması səbəbindən təyyarəni manual (əl ilə) idarə etməyə cəhd göstərilib.


Abdulkadir Uraloğlu xatırladıb ki, təyyarə geri dönüş yoluna çıxdıqdan sonra Esenboğa Hava Limanında bütün uçuşlar və qalxışlar dayandırılıb.


"Son mərhələdə pilot ən yüksək səviyyəli təcili yardım çağırışı olan "MAYDAY"i səsli şəkildə elan etməsə də, bu düyməni aktivləşdirib və dispetçer qülləsi də faktiki olaraq bu çağırışı görüb. Lakin kifayət qədər alçalıb hava limanına yaxınlaşana qədər təyyarə Haymana ərazisində qəzaya uğrayıb. Təyyarələrdə biri məlumatları, digəri isə səsi qeydə alan iki cihaz mövcuddur. Bunlar "qara qutu" adlandırılır və hər ikisi ciddi şəkildə zədələnib. Onların fotolarını mən də görmüşəm", - deyə nazir bildirib.


Uraloğlu qeyd edib ki, dünyada yalnız dörd ölkə - Rusiya, İngiltərə, Fransa və ABŞ - ciddi zədələnmiş "qara qutu"ların məlumatlarını deşifrə edə bilir. Liviya tərəfi ilə aparılan məsləhətləşmələrdən sonra cihazların İngiltərədə araşdırılmasına qərar verilib. Nazir əlavə edib ki, istehsalçı Fransa olduğu üçün bu seçim məqsədəuyğun hesab olunub. Onun sözlərinə görə, nazirliyin qəza araşdırma qrupları hadisə yerində aparılan araşdırmalardan tutmuş İngiltərədə icra edilən prosedurlara qədər bütün prosesi yaxından izləyir.


"Səsyazıcıda əldə olunan məlumatlara əsasən, təyyarə 2025-ci il dekabrın 23-də saat 20:17-də havaya qalxıb. Bu, üçmühərrikli təyyarədir. Cəmi iki dəqiqə sonra pilotlar ikinci generatorun sıradan çıxdığını, təxminən 13-14 saniyə sonra isə üçüncü generatorun da işini dayandırdığını bildirirlər. Birinci generatorla bağlı isə heç bir qeyd yoxdur. Söhbətlərin davamında bütün generatorların sıradan çıxdığı, daha sonra isə sistemin qismən yenidən işə düşdüyü deyilir. Dispetçer qülləsi ilə danışıqlarda hava limanına qayıtmaq üçün icazə istənilib. Təyyarənin havaya qalxmasından qəzaya uğramasına qədər cəmi 37 dəqiqə vaxt keçib. Təxminən 27-28-ci dəqiqəyə qədər təyyarə ilə daimi əlaqə saxlanılıb və o, hava limanına yönləndirilib", - deyə Uraloğlu bildirib.


Nazirin sözlərinə görə, 27-ci dəqiqədən sonra təyyarə ilə normal əlaqə qurmaq mümkün olmayıb. Hündürlüyü itirdiyi üçün radar müşahidəsi zəifləyib, daha sonra isə tamamilə itib və 37-ci dəqiqənin sonunda qəzaya uğrayıb.


Abdulkadir Uraloğlu hadisə ilə bağlı istintaqın Ankara Baş Prokurorluğu tərəfindən aparıldığını bildirib.


"Yekun qərar məhkəmə istintaqı və ekspert rəylərinin nəticələrinə əsasən veriləcək. Bu zaman qəzanın səbəbləri daha aydın şəkildə müəyyən olunacaq. Səsyazıcıdan əlavə hər hansı yeni məlumat əldə edilərsə, onlar da məhkəmə orqanlarına təqdim ediləcək", - deyə nazir əlavə edib.


Xatırladaq ki, dekabrın 23-də Ankara yaxınlığında baş verən təyyarə qəzası nəticəsində Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad, onun dörd köməkçisi və ikisi fransız olmaqla, üç ekipaj üzvü həlak olub. Türkiyə rəsmiləri "Falcon 50"nin havaya qalxdıqdan az sonra qəzaya uğramasının elektrik nasazlığı nəticəsində baş verdiyini bildiriblər.


Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant Əl-Fituri Qəribil, Hərbi İstehsalat İdarəsinin rəisi, briqada generalı Mahmud Əl-Katavi, Liviya Ordusunun Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli təyyarə qəzasında həyatlarını itiriblər.(oxu.az)

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər