kanal1

Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR

Tarix:6-02-2026, 09:19
Baxış Sayı:2 333

Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR


Bu gün Türkiyəni dərindən sarsıdan 6 Fevral zəlzələlərinin üçüncü ildönümüdür. “Əsrin fəlakəti” kimi tarixə düşən bu dəhşətli zəlzələlərdə həyatını itirən on minlərlə insanın acısı hələ də ürəkləri yandırır.


 2023-cü il fevralın 6-da Kahramanmaraş mərkəzli iki güclü zəlzələ baş verdi.


İlk zəlzələ səhər saat 04:17-də Pazarcıq rayonunda 7,7 bal gücündə, ikinci zəlzələ isə saat 13:24-də Elbistan rayonunda 7,6 bal gücündə qeydə alındı.



Zəlzələlər nəticəsində 11 vilayətdə böyük dağıntılar yaşandı. Rəsmi məlumatlara görə, 53 537 nəfər həyatını itirdi, 107 213 nəfər yaralandı. Ümumilikdə 108 min kvadratkilometrlik ərazidə yaşayan 14 milyon insan fəlakətdən təsirləndi. Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Malatya, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Şanlıurfa və Elazığ ən çox zərər görən bölgələr oldu.


Aparılan qiymətləndirmələrə əsasən, 35 355 bina tamamilə dağıldı, 17 491 bina isə təcili şəkildə sökülməlidir. 179 786 bina ağır, 40 228 bina orta, 431 421 bina isə az zərərli kimi qeydə alındı.


Fəlakətdən sonra 11 vilayətdə 350 çadır şəhərciyi quruldu, 645 çadır və 215 224 konteyner yerləşdirildi. Bölgəyə ümumilikdə 106 milyard 728 milyon lirə vəsait ayrıldı.


Zəlzələlər böyük miqyaslı köçə də səbəb oldu. Türkiyə Statistika Qurumu’nun 2023-cü il məlumatına görə, zəlzələ bölgəsindəki 10 vilayətdən 715 min 29 nəfər başqa şəhərlərə köç etdi. Ən çox köç verən vilayət 164 247 nəfərlə Hatay oldu.



Məhəllələr, rayonlar və hətta şəhərlər yerlə-yeksan edildi. 12 119 bina orta və ya ağır zərər aldı. Bölgədəki 116 xəstəxanadan 42-si ağır və orta, 94-ü isə az zərərli vəziyyətdədir.


Fəlakətin izlərini silmək üçün genişmiqyaslı tikinti işlərinə başlanılıb. 2025-ci ilin dekabr ayınadək 455 min mənzilin tikintisi tamamlanaraq hüquq sahiblərinə təhvil verilib. Yenidənqurma işləri hazırda da davam edir.

İlham Əliyev Numan Kurtulmuşu qəbul etdi
İlham Əliyev Numan Kurtulmuşu qəbul etdi
Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR
Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR
Əmlak alarkən diqqətli olun: Ali Məhkəmə əsas riskləri açıqladı
Əmlak alarkən diqqətli olun: Ali Məhkəmə əsas riskləri açıqladı
ABŞ-dən İranla bağlı gözlənilməz qərar - İcazə verildi
ABŞ-dən İranla bağlı gözlənilməz qərar - İcazə verildi
"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
İnflyasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
İnflyasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ