kanal1

Paşinyandan mühüm açıqlama: Sərhəd keçidləri Azərbaycanın...

Tarix:11-02-2026, 09:00
Baxış Sayı:993


Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti Cey Di Venslə keçirdiyi görüşdən sonra Azərbaycanla bağlı mühüm açıqlamalar verib.


 Paşinyan Ermənistan və Azərbaycan arasında sərhəd keçidlərinin yalnız suverenlik, ərazi bütövlüyü və müvafiq dövlətlərin yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcəyini bildirib.


Onun sözlərinə görə, bu məsələ danışıqların əsas mövzularından biri olub və Ermənistan tərəfi sərhədlərlə bağlı istənilən mexanizmin yalnız beynəlxalq hüquq normalarına uyğun şəkildə işləməli olduğunu qəbul edir. Paşinyan vurğulayıb ki, sərhəd-keçid məsələləri heç bir halda üçüncü tərəflərin nəzarəti altına verilə bilməz.


Baş nazir eyni zamanda ABŞ ilə aparılan müzakirələr zamanı Azərbaycanla sülh gündəliyinin də xüsusi yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, regional sabitlik və təhlükəsizlik yalnız dövlətlərin qarşılıqlı suverenliyinə hörmət əsasında mümkündür.


Paşinyan Azərbaycan həbsxanalarında saxlanılan erməni əsilli şəxslərin (cinayətkarların) məsələsinə də toxunaraq bildirib ki, bu mövzu ABŞ rəsmiləri ilə danışıqlar zamanı gündəlikdən çıxarılmır. O qeyd edib ki, sülh mühiti formalaşmadan bu kimi humanitar problemlərin tam həlli mümkün deyil.


“Əgər sülh istiqamətində real irəliləyiş olmasaydı, Vaqif Xaçatryanın geri qayıtması mümkün olmazdı”, – deyə Paşinyan əlavə edib.

Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Bu hərbçilər təltif edildi - SİYAHI
Bu hərbçilər təltif edildi - SİYAHI
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Albertə haqsız hücumlar
Albertə haqsız hücumlar
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək