kanal1

Netanyahuya görə iki prezident üz-üzə: "Heç bir təzyiqi qəbul etmirik"

Tarix:Dünən, 15:30
Baxış Sayı:405


ABŞ və İsrail arasında görünməmiş "əfv gərginliyi" yaşanır. Fevralın 12-də Ağ Evdə jurnalistlər qarşısına çıxan ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahunu korrupsiya ittihamları üzrə əfv etməyən həmkarı İshaq Hersoqu sərt dildə tənqid edib.


Tramp Hersoqun bu addımını "rəzalət" adlandırıb.


Tramp mətbuat konfransında Netanyahunu "müharibə dövrünün böyük lideri" adlandıraraq bunları deyib:


"Sizin Netanyahunu əfv etməkdən imtina edən bir prezidentiniz var. O, özündən utanmalıdır! Əfv etmək səlahiyyəti var, amma bunu etmək istəmir, çünki yəqin ki, hakimiyyətini itirməkdən qorxur. Hesab edirəm ki, İsrail xalqı onu buna görə utandırmalıdır. Bu, rəzalətdir."


Hersoqdan cavab: "Biz suveren dövlətik, təzyiq keçməz!"


Prezident Hersoqun dəftərxanası Trampın bu ittihamlarına cavab verməkdə gecikməyib. Verilən rəsmi bəyanatda İsrailin müstəqil hüquq sistemi vurğulanıb və Trampın yaratdığı təəssüratın yanlış olduğu bildirilib:


Təzyiqə yer yoxdur: "Prezident Hersoq əfv müraciətinə hər hansı xarici və ya daxili təzyiq olmadan, yalnız qanunlar çərçivəsində baxacaq."


Qərar hələ verilməyib: "Prezident Trampın sözlərinin yaratdığı təəssüratın əksinə olaraq, Hersoq hələ bu məsələ ilə bağlı heç bir qəti qərar qəbul etməyib".


"Prezident Trampın İsrailin təhlükəsizliyinə verdiyi töhfələr yüksək qiymətləndirilir, lakin İsrail suveren bir hüquq dövlətidir".


Xatırladaq ki, Netanyahuya qarşı rüşvətxorluq və dələduzluq ittihamları ilə bağlı məhkəmə prosesi illərdir davam edir. Tramp hələ 2025-ci ilin sonunda Hersoqa məktub yazaraq bu işin "siyasi cadugər ovu" olduğunu iddia etmiş və Netanyahunun dərhal əfvini tələb etmişdi. İsrail qanunlarına görə isə əfv yalnız təqsirin etiraf edilməsindən sonra və Ədliyyə Nazirliyinin rəyi əsasında mümkündür.

Prezident Münhendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO - YENİLƏNİB
Prezident Münhendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO - YENİLƏNİB
İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
Müharibənin beyni dəyişir – generallar tarixə qovuşur
Müharibənin beyni dəyişir – generallar tarixə qovuşur
Netanyahuya görə iki prezident üz-üzə: "Heç bir təzyiqi qəbul etmirik"
Netanyahuya görə iki prezident üz-üzə: "Heç bir təzyiqi qəbul etmirik"
İlham Əliyev Almaniyada səfərdədir
İlham Əliyev Almaniyada səfərdədir
Paşinyanın İranla imzalayacağı o SƏNƏD... – “Ermənisayağı” addım
Paşinyanın İranla imzalayacağı o SƏNƏD... – “Ermənisayağı” addım
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ