kanal1

Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq

Tarix:17-02-2026, 08:34
Baxış Sayı:39 613

Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq


ABŞ-ın keçmiş təcrübələrini nəzərə alsaq, o zaman deyə bilərik ki,  onlar yeni müharibə axtarır, amma bizə qarşı güc tətbiq etsələr, cavab alacaqlar. 


Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "Əl-Cəzirə"yə müsahibəsində deyib.


 "Düşünmürəm ki, qarşı tərəf (ABŞ) keçmiş təcrübələrini nəzərə alsaq, yeni müharibə axtarır, amma bizə qarşı güc tətbiq etsələr, cavab alacaqlar. Biz müharibə axtarmırıq, amma hazırıq. Biz ABŞ ilə danışıqlar aparırıq. İsrail müdaxilə edir və danışıqları sabotaj etməyə çalışır. Bu gün ən böyük düşmənimiz İsraildir", - Laricani vurğulayıb.


Zənginləşdirilmiş uranla bağlı məsləyə gəldikdə Laricani deyib ki, texnoloji cəhətdən inkişaf etmiş bir ölkəyə uranaın zənginləşdiirlməsinin sıfıra endirilməsini demək olmaz.  

İsrailin regionda macəraçı rol oynadığını və müharibə üçün bəhanə yaratmağa çalışdığını qeyd edən Laricanı deyib ki, region ölkələrinin rəsmiləri İsrailin bölgədə  gərginlik yaratmağı planlaşdırdığını bilirlər: “İran İsrailə qarşı regional sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır".


Laricani onu da deyib ki, İsrailin hücumu ölkədə böyük bir birliyə səbəb olub və bu da  ciddi nailiyyətdir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi