kanal1

Vardanyana hökm oxundu - 20 il - Yenilənib

Tarix:Dünən, 10:41
Baxış Sayı:364

Vardanyana hökm oxundu - 20 il - Yenilənib


Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclası keçiriləcək.


“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana hökm oxunacaq.


Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.


***


Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunur.


Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.


İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.


***


Yekun məhkəmə qərarı elan olunub. Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə fevralın 5-də başa çatıb.


Ötən il yanvarın 17-də başlamış və bir ildən çoxdur davam edən prosesdə təqsirləndirilən şəxslər barəsində bu il fevralın 5-də yekun qərar (hökm ) elan edilib.


Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı