kanal1

Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI

Tarix:16-04-2026, 14:22
Baxış Sayı:2 753


Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkədə böyük sarsıntıya səbəb olub. Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət şiddət tərkibli "PUBG" oyununun aludəçisi olub. Mütəxəssislər bu növ oyunların xüsusilə azyaşlılar tərəfindən nəzarətsiz oynanılmasının böyük risk daşıdığını bildirirlər.


Psixoloq Günel İsmayılova da Musavat.com-a deyib ki, sosial şəbəkələrin sürətlə həyatımıza daxil olması, uşaqların internetdən istifadəsinə ailələr tərəfindən məhdudiyyət qoyulmaması belə hadisələrin baş verməsinə gətirib çıxarır. Onun sözlərinə görə, hər bir dövr özü ilə yeniliklər gətirir və mənfi-müsbət tərəfləri olur:


“Mənfi cəhəti odur ki, birdən-birə çox böyük informasiya axını ilə üz-üzə qalırıq və bunu necə tənzimləməli olduğumuza hazır olmuruq. Müsbət cəhəti isə budur ki, informasiyaya çıxış imkanlarımız genişlənir və inkişafımıza səbəb olur. Kim bu yenilikləri düzgün dəyərləndirə bilirsə, onlar üçün bu imkanlar faydalı nəticələr verir. Lakin buna hazır olmayan, məsuliyyət götürməyən və şüur səviyyəsi yetərincə inkişaf etməyən insanlar isə bu proses qarşısında daha çarəsiz qalır”.


Psixoloqun fikrincə, beyində elə mexanizmlər var ki, xüsusilə 13 yaşa qədər uşaqlarda bu sistemlər tam formalaşmır:


“Bu səbəbdən uşaqlar gördükləri və hiss etdikləri informasiyanı dərindən analiz edə bilmirlər və çox vaxt hisslərinə əsaslanaraq davranış sərgiləyirlər. Onlar qarşılaşdıqları hadisələri süzgəcdən keçirmədən birbaşa davranışa çevirə bilir və nəticələrinin nə olacağını əvvəlcədən dərk etmirlər. Yəni uşaq başa düşmür ki, etdiyi davranış onu hansı nəticələrə gətirib çıxara bilər. O, daha çox yaşadığı həyəcan və adrenalin hissinə fokuslanır və məntiqi analiz tam işləmədiyi üçün nəticəni öncədən görə bilmir. Ona görə də valideynlərə tövsiyə edirik ki, uşaqlarla daha çox ünsiyyətdə olsunlar, onları bir fərd kimi qəbul edib dialoq qursunlar, nə ilə məşğul olduqları ilə maraqlansınlar və birlikdə vaxt keçirsinlər”.


G.İsmayılova qeyd edib ki, burada həm valideynlərin, həm medianın, həm də müəllim və psixoloqların üzərinə böyük məsuliyyət düşür:


“Müasir dövrün gətirdiyi yeniliklərə uyğun olaraq inkişaf etmək və maariflənmək vacibdir ki, uşaqlar bu imkanlardan düzgün istifadə edə bilsinlər. Əks halda, bu cür hadisələrin baş verməsi qaçılmaz olur və nəticədə cəmiyyət üçün ağır fəsadlar yaradır”.


Psixoloq “Aqressiya yaradan oyunlar qadağan oluna bilərmi” sualına belə rəy verib:


“Bu, müəyyən hallarda dövlət səviyyəsində də müzakirə olunan məsələdir. Məsələn, bəzi ölkələrdə vaxtilə “Mavi balina” kimi təhlükəli oyunlara qarşı ciddi tədbirlər görülmüşdü. Dövlətlər bu cür hallarda mütəxəssislərlə birlikdə riskləri qiymətləndirir və lazım gəldikdə məhdudiyyətlər tətbiq edir.Bu baxımdan, bəli, dövlət səviyyəsində də müəyyən addımlar atılmalı, aidiyyəti qurumlar bu məsələyə həssas yanaşmalı və qabaqlayıcı tədbirlər görməlidir. Çünki bu məsələ təkcə valideynlərin gücü ilə həll edilə biləcək qədər sadə deyil. Bəzən valideynlər də bu vəziyyətdə özlərini çarəsiz hiss edirlər. Ona görə də həm fərdi, həm də institusional səviyyədə yanaşma vacibdir ki, bu kimi halların qarşısını vaxtında almaq mümkün olsun”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi