kanal1

Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq

Tarix:22-04-2026, 10:43
Baxış Sayı:1 257

Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq


Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Bəyannamənin yeni konstitusiyaya daxil edilməsi Qarabağ hərəkatının davam etməsi deməkdir. Bu, Azərbaycanla münaqişənin yenidən başlaması deməkdir”.


Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.


Paşinyan əlavə edib ki, Bəyannamənin Konstitusiyaya salınması Ermənistan-Azərbaycan münaqişənin yenidən başlaması  deməkdir və bu da sülhü qeyri-mümkün edir. “Bu,  həm də Qərbi Ermənistan, dənizdən dənizə Ermənistan haqqında müzakirəni qəbul etmək deməkdir.

Əgər bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, - deyə Paşinyan bildirib.


Bununla belə Paşinayan əlavə edib ki, hər şey erməni xalıqnın seçimindən asılıdır. “Biz açıq və səmimi şəkildə real Ermənistan ideyasına diqqət yetirməliyik. Bu, tarixi bir seçimdir. Yüz illər ərzində ilk dəfə olaraq, maraqlarımızı başqalarına həvalə etməmək imkanı əldə etdik ki, onlar öz məqsədləri üçün istismar etsinlər və bizi qurban versinlər. Bunun əvəzinə, öz məsələlərimizə diqqət yetirmək, razılaşmalara nail olmaq və bu razılaşmalara əsaslanmaq imkanı əldə etdik, çünki Qarabağ hərəkatının sonu həm də “Qərbi Azərbaycan” və “Şərqi Anadolu” haqqında müzakirələrin sonu deməkdir. Bu, təkcə Ermənistan üçün deyil, həm də region üçün hər kəs üçün tarixi bir fürsətdir”, - deyə Paşinyan bildirib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi