kanal1

Avropa İttifaqının Rusiya qazına qarşı qadağasının ilk mərhələsi rəsmən başlandı

Tarix:Bu gün, 08:34
Baxış Sayı:408


Bu gündən Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) qısamüddətli müqavilələr çərçivəsində Aİ ölkələrinə idxalına qoyulan qadağa rəsmi olaraq qüvvəyə minib.


Aİ Şurası yanvarın 26-da nəhayət, 1 yanvar 2027-ci ildən etibarən Aİ-yə Rusiya LNG tədarükünə, 30 sentyabr 2027-ci ildən isə boru kəməri qazı idxalına tam qadağa qoyan qərar qəbul edib. Qısamüddətli müqavilələr çərçivəsində LNG idxalına qoyulan qadağa 25 aprel 2026-cı ildən qüvvəyə minib, qısamüddətli boru kəməri qaz tədarükü müqavilələri 17 iyun 2026-cı ilə qədər tamamlanmalıdır.


TASS hesablamalarına görə, Rusiya 2025-ci ilin sonuna qədər Aİ-yə LNG idxalının dəyərində ABŞ-dan sonra 16,1 faiz payla ikinci yeri tutub. Rusiyanın 2025-ci ildə Avropaya ümumi tədarükü 38 milyard kubmetr təşkil edib ki, bunun da 20 milyard kubmetrindən bir qədər çoxu LNG olub.


2026-cı ilin birinci rübündə Rusiyanın Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükü artmaqda davam edərək təxminən 6,8 milyard kubmetrə çatıb. Yanvar və fevral aylarında Avropa Rusiyadan 1 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz alıb.


Qeyd edək ki, aprelin əvvəlindən Avropa qaz anbarlarının doldurulmasına başlayıb. İndiyədək anbarlara 3 milyard kubmetrdən çox qaz toplanıb. Onların dolumluluq səviyyəsi 31 faizə yaxındır.


Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen İran münaqişəsi fonunda Avropada qazın fiziki çatışmazlığı yaransa belə, Rusiya qazına qarşı sanksiyaların aradan qaldırılmayacağını bəyan edib.musavat.com

Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video
Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video
Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi - Foto
Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi - Foto
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi
Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi
“Siz bizim uşaqlarımıza kömək edirsiniz” - Zelenski Əliyevə təşəkkür etdi
“Siz bizim uşaqlarımıza kömək edirsiniz” - Zelenski Əliyevə təşəkkür etdi
“Burada çox dərin əməkdaşlıq qura bilərik” - Zelenski
“Burada çox dərin əməkdaşlıq qura bilərik” - Zelenski
XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi
XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi
Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır
Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır