kanal1

ABŞ İrana zərbələr endirdi, SEPAH isə “cavabsız qoymayacağıq” dedi

Tarix:1-06-2026, 09:15
Baxış Sayı:32

ABŞ İrana zərbələr endirdi, SEPAH isə “cavabsız qoymayacağıq” dedi


ABŞ ordusu İranın cənubunda hərbi təyinatlı hədəflərə zərbələr endirib.


Bu barədə ABŞ Mərkəzi Komandanlığı 1 iyunda X (tvitter) sosial media platformasında məlumat yayıb.


Məlumatda qeyd olunub ki, zərbələrin hədəfləri İranın Goruk bölgəsindəki və Qeşm adasındakı radarları və PUA idarəetmə mərkəzləri olub.


Bəyanatda deyilir: "Bu ağıllı və qəsdən həyata keçirilən hücumlar İranın beynəlxalq sular üzərində fəaliyyət göstərən ABŞ-ın MQ-1 pilotsuz təyyarəsinin vurulması da daxil olmaqla, aqressiv hərəkətlərinə cavab olaraq şənbə və bazar günləri həyata keçirilib".

Departament qeyd edib ki, Amerika qırıcı təyyarələrinin zərbəsi nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə mərkəzi və iki hücum pilotsuz uçuş aparatı (PUA) məhv edilib.


Əməliyyat zamanı ABŞ hərbçilərindən heç birinin xəsarət almadığı bildirilir.

SEPAH isə ABŞ ordusunun hücumlaırnı cavabsız qoyamacağını bəyan edib.


SEPAH əvvəllər İranın Sirik adasındakı hədəflərə zərbələr endirmək üçün istifadə edilən Amerika hərbi bazasına hücum edib. Bu barədə SEPAH-ın Telegram kanalı məlumat yayıb.

"ABŞ ordusunun Hörmüzqan əyalətində yerləşən Sirik adasına təcavüzündən sonra SEPAH Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri təcavüzün baş verdiyi aviabazaya zərbə endirib və nəzərdə tutulan hədəflər məhv edilib", - Telegramda qeyd olunub.

Qeyd olunur ki, İran ərazisinə zərbələr təkrarlanarsa, cavab "tamamilə fərqli" olacaq və məsuliyyət ABŞ-ın üzərinə düşəcək.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi