kanal1

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq

Tarix:4-06-2026, 08:30
Baxış Sayı:570

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq


Finlandiyada radioaktiv nüvə tullantılarının uzunmüddətli saxlanılması üçün inşa edilən və dünyanın ilk daimi geoloji anbarı hesab olunan Onkalo obyektinin yaxın aylarda fəaliyyətə başlaması gözlənilir.


Finlandiyanın cənub-qərbində, Eurajoki bölgəsində yerləşən obyekt yer səthindən 433 metr dərinlikdə, təxminən 1,9 milyard illik sabit qayalıq laylarında tikilib.


Fin dilində “mağara” mənasını verən Onkalo nüvə enerjisinin ən böyük problemlərindən biri sayılan işlənmiş yanacağın daimi saxlanması üçün nəzərdə tutulub.


Finlandiya Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi iyun ayında yekun qiymətləndirməni tamamlayaraq obyektə fəaliyyət icazəsi verməyə hazırlaşır. Təsdiqdən sonra Onkaloda əməliyyatların bu ilin sonu və ya gələn ilin əvvəlində başlanması planlaşdırılır.


Layihəni həyata keçirən Posiva tərəfindən 2004-cü ildə başlanan tikintinin dəyərinin təxminən 1 milyard avro olduğu bildirilir. Obyekt 6500 ton işlənmiş nüvə yanacağını qəbul etmək gücünə malikdir.


Onkaloda saxlanılacaq nüvə yanacağı xüsusi korroziyaya davamlı mis kapsullara yerləşdiriləcək və yeraltı tunellərdə hazırlanmış xüsusi kameralara endiriləcək. Kapsullar bentonit gil ilə örtüləcək, tunellər isə sonradan beton və polad konstruksiyalarla möhürlənəcək.


Saxlama prosesi başa çatdıqdan sonra obyekt tam bağlanacaq və tullantıların ən azı 100 min il ərzində təhlükəsiz şəkildə təcrid olunması nəzərdə tutulur.


Finlandiya Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsinin (STUK) mütəxəssisləri layihə çərçivəsində 1 milyon illik perspektiv üzrə risk ssenarilərini qiymətləndiriblər. Əsas risklər arasında mis kapsulların korroziyaya uğraması və gələcək buzlaşma dövrlərində baş verə biləcək geoloji proseslər göstərilir.


Bununla belə, Finlandiya rəsmiləri indiyədək aparılan qiymətləndirmələrin müsbət nəticə verdiyini və layihənin təhlükəsizlik tələblərinə cavab verdiyini bildirirlər.


Finlandiya qanunvericiliyinə əsasən, ölkədə istehsal olunan nüvə tullantıları xaricə göndərilə bilməz və ölkə daxilində utilizasiya olunmalıdır. Hökumət nüvə enerjisinin inkişafını davam etdirməyi və gələcəkdə kiçik modul reaktorların (SMR) tikintisini də nəzərdən keçirir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi