kanal1

Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ

Tarix:6-06-2026, 08:30
Baxış Sayı:688

Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ


Erməni katolikosu II Qaregin Qarabağdan qaçmış separatçıları yenidən başına yığıb. Tribuna.az xəbər verir ki, Eçmiəzdində o, “Qarabağ erməni icması”nın nümayəndələrini qəbul edib. Həmin görüşdə onların üzləşdiyi əsas problemlər, sosial ehtiyaclar və digər məsələlərdən danışılıb. II Qaregin deyib ki, ermənilərin Qarabağa qayıtması məsələsi gündəmdə saxlanılmalıdır.


Məlumdur ki, erməni kilsəsi separatçılarla həmrəydir. Onlar Paşinyanı günahkar bilir. Ona görə də toplaşaraq “artsax” ideyasını gündəlikdə saxlamağa çalışırlar. Bu təlxəklər hələ də ümid edirlər ki, nə vaxtsa Xankəndiyə qayıda, qondarma əski parçasını küçələrdə asa bilərlər. Eyni zamanda, bu yığıncaqlar Paşinyana qarşı yönəlib. Kilsə separatçıların seçkilərdə müxalifətə səs verməsini təşviq edir. Paşinyan isə Geqarkunik bölgəsinin Tsovak kəndində keçirilən kampaniya zamanı deyib ki, “Bəli, mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam. Çünki 30 ildir bizi bəslədiyimiz fikrə sadiq idim. Amma mən sonra dürüstcə dedim ki, bu münaqişəni, bu qanayan yaranı gələcək nəsillərə ötürməyə haqqımız yoxdur. Uşaqlarımıza sülhü ötürməliyik”.


Kilsə ilə separatçıların bir araya gəlməsi sülhə və seçkilərə nə dərəcədə zərbə vura bilər?


Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Erməni Apostol Kilsəsinin Qarabağdan getmiş separatçı qalıqlarını yenidən Eçmiədzində toplaması hakimiyyətə qarşı yönəlmiş siyasi müqavimətin açıq formasıdır: “Ermənistan kilsəsi tarixən ibadət məkanı olmayıb, həm də erməni milli kimliyinin qoruyucusu, diasporu birləşdirən çətir və xarici siyasətə qeyri-rəsmi təsir göstərən ideoloji mərkəz kimi çıxış edib. Bu səbəbdən, II Qareginin separatçı dairələrlə görüşü də humanitar qayğıdan daha çox siyasi mesaj kimi dəyərləndirilməlidir”.


Onun fikrincə, bu görüş köhnə “artsax” mifinin süni nəfəs aparatına qoşma cəhdidir: “Hüquqi baxımdan bitmiş, hərbi baxımdan darmadağın olmuş, siyasi baxımdan isə dəstəksiz qalmış separatçı ideya indi kilsənin divarları arasında canlanmağa çalışır. Bu isə siyasi isterikadan başqa bir şey deyil”. Ekspertin sözlərinə görə, buna baxmayaraq, Ermənistanda iki xətt üz-üzə dayanıb: “Bir tərəfdə Paşinyanın reallığı qəbul etməyə məcbur olmuş sülh kursu var, digər tərəfdə isə kilsə, separatçılar və revanşist müxalifətin yaşatmağa çalışdığı köhnə “artsax” mifi var. Reallığa dayanaraq, Paşinyanın “Qarabağ Ermənistandır” fikrindən geri çəkilməsi isə ölkəsi üçün ağrılı, amma qaçılmaz siyasi etirafdır. O, bununla demək istəyir ki, bu xəyal artıq gələcək nəsillərə ötürülməməlidir. Çünki Ermənistan otuz il bu miflə yaşadı və nəticədə həm Qarabağı, həm regional mövqeyini, həm də təhlükəsizlik illüziyalarını itirdi”.


S.Əliyevaya görə, kilsə isə tam əksinə hərəkət edir: “Kilsə Paşinyanın sülh ritorikasını zəiflətmək, onu “satqınlıq” ittihamı qarşısında müdafiəsiz qoymaq və Qarabağdan getmiş ermənilərin emosional narazılığını seçki alətinə, siyasi manipulyasiyaya çevirmək istəyir. Burada cəmiyyətin ağrısından, iztirabından siyasi kapital düzəltmək cəhdi açıq görünür. Unutmaq olmaz ki, bu alyansın Ermənistan daxilində müəyyən təsir imkanları hələ də var. Kilsə erməni cəmiyyətində emosional və mənəvi təsirə malikdir. Qarabağdan köçmüş ermənilər isə seçkiqabağı ən həssas elektoratdır. Ona görə kilsə-separatçı ittifaqı sülh müqaviləsinin imzalanmasını gecikdirə, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəni diri saxlaya və seçki mühitini daha da qütbləşdirə bilər”.


Bu prosesin başqa bir tərəfinin də olduğunu deyən təhlilçi qeyd edib ki, bəzi xarici dairələr üçün kilsə ilə separatçıların ittifaqı Paşinyana qarşı təzyiq rıçağına çevrilə bilər: “Amma bu qüvvələrin tarixi geri qaytarmaq imkanı yoxdur. Ortada nə hərbi resurs var, nə beynəlxalq hüquqi əsas, nə də separatizmi yenidən dirçəldəcək siyasi baza var. Azərbaycan Qarabağda suverenliyini tam bərpa edib və bu məsələ artıq bağlanıb. Kilsə ilə separatçıların bu "evliliyi" yalnız Ermənistanın daxili siyasi sabitliyinə və seçki prosesinə dalğalanmalar gətirə bilər”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi