kanal1

Pakistan - Əfqanıstan sərhədində gərginlik - Ölənlər var

Tarix:10-06-2026, 08:17
Baxış Sayı:37

Pakistan - Əfqanıstan sərhədində gərginlik - Ölənlər var


Əfqanıstan hökuməti Pakistan ordusunu ölkənin şərqində yerləşən sərhəd bölgələrinə hava zərbələri endirməkdə ittiham edib. Bildirilib ki, hücumlar nəticəsində azı 13 mülki şəxs həlak olub.


“ Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid deyib ki, Pakistan qüvvələri Kunar, Xost və Paktika əyalətlərində yaşayış məntəqələrini hədəfə alıb.


Onun sözlərinə görə, ölənlər arasında 11 uşaq, bir qadın və bir yaşlı kişi var.


Xost əyalətinin Spera rayonunda bir evin vurulduğu, nəticədə doqquz nəfərin öldüyü və on nəfərin yaralandığı bildirilir. Paktika əyalətinin Barmal rayonunda isə daha üç mülki şəxsin həyatını itirdiyi qeyd olunur.


Pakistan ordusu və Baş nazirlik hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib. İslamabad bundan əvvəlki oxşar hadisələrdə hava əməliyyatlarının silahlı qruplara qarşı həyata keçirildiyini, mülki şəxslərin isə qəsdən hədəf alınmadığını bəyan etmişdi.


Qeyd edək ki, hadisə Pakistan və Əfqanıstan arasında son aylarda yenidən artan təhlükəsizlik gərginliyi fonunda baş verib. Fevral ayında iki ölkə sərhədində baş verən qarşıdurmalar genişmiqyaslı toqquşmalara çevrilmişdi. Həmin dövrdə Pakistanın Kabul və Qəndəhar da daxil olmaqla, bir neçə bölgəyə hava zərbələri endirdiyi bildirilmişdi.


Birləşmiş Millətlər Təşkilatının son hesabatına əsasən, bu ilin ilk üç ayında Əfqanıstanda münaqişələrlə əlaqədar ən azı 372 mülki şəxs həlak olub, 397 nəfər yaralanıb.


Əlavə edək ki, Pakistan və “Taliban” hökuməti arasında münasibətlər 2021-ci ildə “Talibanın hakimiyyətə qayıdmasından sonra daha da mürəkkəbləşib. İslamabad “Pakistan Talibanı” (TTP) üzvlərinin Əfqanıstan ərazisində fəaliyyət göstərdiyini iddia edir və Kabulun onlara qarşı yetərli tədbir görmədiyini bildirir.


“Taliban” administrasiyası isə bu ittihamları rədd edir, əvəzində Pakistanı Əfqanıstanın suverenliyini pozmaqda və ölkə daxilində fəaliyyət göstərən bəzi qrupları dəstəkləməkdə günahlandırır.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi