kanal1

2 milyard illik su tapıldı: Dadı necədir?

Tarix:Bu gün, 08:38
Baxış Sayı:11

2 milyard illik su tapıldı: Dadı necədir?


Kanadada yaşı təxminən iki milyard il olan su aşkar edilib. Bu su Ontario ştatının şimalında, yerin təxminən üç kilometr dərinliyində yerləşən "Kidd Creek” mədənində tapılıb.


 "Space Daily" nəşri xəbər verir ki, geoloqlar qayaların içində uzun müddət təcrid olunmuş bu suyun Yer kürəsində həyatın erkən dövrlərinə aid olduğunu düşünürlər. Tədqiqatçılar bildirir ki, bu su Yer səthinə sonuncu dəfə təxminən iki milyard il əvvəl çıxıb və o dövrdə planetdə əsasən yalnız mikroorqanizmlər mövcud olub.


Nümunələr Kidd Creek mədənində əldə edilib. Timmins yaxınlığında yerləşən bu mədən dünyanın ən dərin metal filizi mədənlərindən biri hesab olunur. Orada mis, sink və gümüş hasil edilir.


Mədənin ən aşağı əlçatan nöqtəsi təxminən üç kilometr dərinlikdə yerləşir. Bu isə alimlərə Yer qabığının çox dərin qatlarına birbaşa çıxış imkanı verir.


Tədqiqatçı Barbara Şervud Lollar ilk dəfə bu ərazini 1992-ci ildə araşdırıb, lakin rekord dərəcədə qədim su nümunələri daha sonrakı illərdə götürülüb. 2013-cü ildə onun komandası 2,4 kilometr dərinlikdə ən az 1,5 milyard il "yaşayan” su aşkar edib. 2016-cı ildə isə daha da dərin qatlarda təxminən 2 milyard illik su tapılıb.


Qaya və suyun dadına baxmaq sahə geologiyasında nadir olsa da, istifadə olunan üsullardan biridir. Alimlərə görə, suyun duzluluğunu ən tez müəyyən etməyin yollarından biri onun dadına baxmaqdır.


Barbara Şervud Lollar bu suyu şüurlu şəkildə dadına baxdığını və məqsədinin onun tərkibini qiymətləndirmək olduğunu bildirib. Onun sözlərinə görə, su nə qədər qədimdirsə, bir o qədər duzlu olur.


Məlum olub ki, həmin su dəniz suyundan təxminən 10 dəfə daha duzludur. O, qalın, acı dadlı olub, kükürdlü qoxu ilə seçilib və havaya çıxarıldıqda tərkibindəki dəmir oksigenlə reaksiyaya girərək zəif narıncı rəng alıb.


Alimlər həmçinin bildirirlər ki, suyun kimyəvi tərkibində sulfatlar və həll olmuş hidrogen mövcuddur. Bu isə Yeraltı mühitdə gedən kimyəvi proseslərin və mümkün mikrobioloji aktivliyin göstəricisi kimi qiymətləndirilir.


Araşdırmalar Kidd Creek ərazisində oksigensiz, tam qaranlıq və izolyasiya olunmuş mühitdə yaşaya bilən mikroorqanizmlərin də mövcud ola biləcəyini ortaya çıxarıb.(qaynarinfo)

Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Azərbaycan əhalisinin sayı artıb
Azərbaycan əhalisinin sayı artıb
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR