kanal1

Ukrayna cəbhədəki son durumu açıqladı

Tarix:14-04-2022, 09:32
Baxış Sayı:177 080

Ukrayna cəbhədəki son durumu açıqladı


Ukrayna Silahlı qüvvələrinin baş qərargahı cəbhədə 14 aprel 06:00-dək olan vəziyyəti açıqlayıb.

Məlumatda deyilir:

"Ukraynanın hər yerində Rusiya düşməninin raket silahlarından istifadə etməsi təhlükəsi daim mövcuddur.

Rusiya işğalçıları Xarkov, Donetsk və Zaporojjya vilayətlərində hərbi və mülki infrastruktura sistemli raket və bomba zərbələri endirməkdə davam edir.
Belarusun Xolmıç şəhərində nəzarət-buraxılış məntəqələrində Rusiya Federasiyası və Belarus Respublikası silahlı qüvvələrinin hərbi polisi şəxsi telefonları yoxlayır. Mülki vətəndaşlara məlumat verilir ki, Ukrayna bölmələri istənilən vaxt Belarusa hücum edə bilər.

Siverski istiqamətində düşmən Mərkəzi Hərbi Dairənin bölmələrini Bryansk və Kursk vilayətləri ərazisindən yenidən qruplaşdırır. Döyüş qabiliyyətini bərpa etdikdən sonra bu bölmələri Belqorod və Voronej vilayətlərində cəmləşdirib.Rusiya düşməni sərhəd nəzarətini gücləndirir, mövqelər, bazalar üçün mühəndis avadanlıqları aparır və az sayda şəxsi heyətin, silahların və hərbi texnikanın mövcudluğunu təmin edir.

Slobozanski istiqamətində rus düşməni ehtimal olunan hücum sahələrinin kəşfiyyatını aparır, kəşfiyyat, idarəetmə və tibbi təminat sistemini artırır. 
Donetsk və Tavriya istiqamətlərində rus düşməni Slavyansk, Popasnaqazanmasalar da, döyüşlər davam edir.

Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik tədbirləri davam edir. Bundan əlavə, müəyyən edilib ki, rus komandanlığı qondarma “DXR” ərazisinə 60-70 min nəfəri səfərbər etmək vəzifəsini qoyub. Lakin bu rəqəmlərə cəmi 20 faiz əməl olunub.

Rusiya düşməni Aleksandrovka bölgəsində döyüşür. Osokorivka ərazisində itirilmiş mövqeləri geri qaytarmaq üçün hücumu bərpa etməyə çalışır.

Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna müdafiəçiləri düşmənin səkkiz hücumunu dəf edib, bir tankı, dörd zirehli bölməni və altı texnikasını, həmçinin düşmənin bir artilleriya sistemini məhv ediblər.

Ötən gün zenit-raket qüvvələrinin bölmələri düşmənin iki qırıcısını vurub"- məlumatda qeyd edilib.

Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
KTMT niyə Türkiyəni hədəf göstərdi?
KTMT niyə Türkiyəni hədəf göstərdi?
Azərbaycanda güclü zəlzələ oldu
Azərbaycanda güclü zəlzələ oldu
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ