kanal1

"Yeganə yol üsyandır!"

Tarix:Bu gün, 14:22
Baxış Sayı:18

"Yeganə yol üsyandır!"


Ermənistanda hakimiyyətə qarşı radikal çağırışlar artır


Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra siyasi gərginlik səngimək əvəzinə daha da dərinləşir. Müxalif düşərgədə hakimiyyətin legitimliyi yenidən müzakirə olunur, hökumətin Türkiyə və Azərbaycanla münasibətlərdə atdığı addımlar isə “milli maraqlardan geri çəkilmə” kimi qiymətləndirilir. Bu fonda radikal bəyanatlar da səslənməyə başlayıb.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “YouTube”da yayımlanan "Menq" ("Biz") analitik proqramında Ermənistanşünas, filologiya elmləri doktoru Aykazun Alvrtsyan ölkədə mövcud siyasi sistemin hüquqi yollarla dəyişdirilməsinin artıq mümkün olmadığını iddia edib. Onun fikrincə, mövcud hakimiyyət seçki və dövlət institutları üzərində tam nəzarət qurduğu üçün parlament və məhkəmə mexanizmləri nəticə verməyəcək.


Ekspert açıq şəkildə bildirib ki, hakimiyyət dəyişikliyinin yeganə yolu xalq etirazı və üsyandır. O, seçkilərdə Paşinyana səs verməyən milyonlarla vətəndaşı küçələrə çıxmağa çağıraraq, müxalifətin parlament fəaliyyətini dayandırmasının daha məqsədəuyğun olacağını söyləyib. Alvrtsyan hesab edir ki, müxalifət Milli Məclisdə qalmaqla hakimiyyətə legitimlik qazandırır və bunun əvəzinə küçə mübarizəsinə üstünlük verməlidir.

Verilişdə Paşinyan hökumətinin Türkiyə ilə normallaşma siyasəti də sərt tənqid olunub. Müsahiblər iddia ediblər ki, İrəvan Ankara ilə münasibətləri yaxşılaşdırmaq naminə tarixi və milli məsələlərdə geri addımlar atır. Xüsusilə İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarından sonra rəsmi İrəvanın ehtiyatlı mövqeyi hökumətin əleyhdarları tərəfindən "Türkiyənin maraqlarını nəzərə almaq" kimi qiymətləndirilib.

Müzakirələr zamanı "Qərbi Azərbaycan" konsepsiyası da Ermənistan üçün əsas təhlükələrdən biri kimi təqdim olunub. Alvrtsyan iddia edib ki, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və mümkün razılaşmalar gələcəkdə Ermənistanın suverenliyinə risk yarada bilər. Onun fikrincə, bu proseslər mərhələli şəkildə ölkənin strateji mövqelərinin zəifləməsinə gətirib çıxaracaq.


Ekspert hakimiyyətin kadr siyasətini də tənqid edərək, parlament rəhbərliyində planlaşdırılan dəyişikliklərin Türkiyə ilə münasibətlərin yeni mərhələsinə hesablandığını bildirib. O, xüsusilə Türkiyədə təhsil almış siyasətçilərin önə çəkilməsini təsadüfi saymayıb və bunun gələcək qanunvericilik qərarlarına təsir göstərə biləcəyini iddia edib.

Verilişdə Ermənistan cəmiyyətinin passivliyi də əsas problemlərdən biri kimi göstərilib. Alvrtsyan hesab edir ki, seçicilərin böyük hissəsinin siyasi proseslərə laqeyd münasibəti mövcud hakimiyyətin mövqeyini gücləndirir. Onun sözlərinə görə, ziyalıların və ictimai elitanın susqunluğu da bu prosesə xidmət edir və cəmiyyətin müqavimət imkanlarını zəiflədir.

Yeri gəlmişkən, Ermənistanda əsas müxalif siyasi qüvvələr Baş nazir Nikol Paşinyan hökumətinə qarşı ortaq bəyanatla çıxış edərək hakimiyyəti siyasi repressiyalarda ittiham ediblər. Bəyanatda xüsusilə Qaqik Çarukyan barəsində aparılan hüquqi təqiblərin siyasi motivli olduğu iddia edilir.Sənəddə qeyd olunur ki, siyasi baxışlarına, müxalif fəaliyyətinə və mövqeyinə görə hər hansı şəxsin təqib olunması hüquqi və demokratik dövlət prinsiplərinə ziddir. Müxalifət bunu təkcə ayrı-ayrı siyasətçilərə deyil, bütövlükdə Ermənistan cəmiyyətinə qarşı təzyiq kimi qiymətləndirir. Bəyanat müəllifləri Ermənistanda "siyasi məhbusların" və siyasi motivlərlə təqib olunan şəxslərin sayının sürətlə artdığını iddia edərək, ölkədə Paşinyan hakimiyyəti dövründə siyasi təqiblərin diktaturaya doğru inkişaf etdiyini bildiriblər. Onların fikrincə, Çarukyana qarşı başladılan prosesin hüquq-mühafizə və ya korrupsiya ilə mübarizə ilə əlaqəsi yoxdur və əsas məqsəd qarşıdan gələn siyasi proseslər ərəfəsində müxalifəti zəiflətməkdir.


Müxalif qüvvələr hesab edirlər ki, iri sahibkarlara qarşı təzyiqlər, mülkiyyət hüququnun pozulması və hüquq-mühafizə orqanlarından siyasi alət kimi istifadə ölkənin investisiya mühitinə ciddi zərbə vuracaq, işsizliyi artıracaq və iqtisadi sabitliyi daha da zəiflədəcək.

Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
Dizel yoxdur, Rusiyada kənd təsərrüfatı çökür: məhsul yığımı dayandı
Dizel yoxdur, Rusiyada kənd təsərrüfatı çökür: məhsul yığımı dayandı
"Yeganə yol üsyandır!"
"Yeganə yol üsyandır!"
Tramp Türkiyəyə kömək edəcək
Tramp Türkiyəyə kömək edəcək
Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
Xocavənd şəhərinə növbəti köç karvanı yola salındı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salındı
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Ankarada 36-cı NATO Sammiti başladı
Ankarada 36-cı NATO Sammiti başladı