kanal1

İranın iki uran anbarında radiasiya çirklənməsi: Azı 2 mütəxəssis ölüb – ŞOK İDDİA

Tarix:9-07-2026, 09:54
Baxış Sayı:673

İranın iki uran anbarında radiasiya çirklənməsi: Azı 2 mütəxəssis ölüb – ŞOK İDDİA


İranın qismən zənginləşdirilmiş uranın saxlandığı üç yeraltı anbarından ikisi saxlama qablarının məhv edilməsi səbəbindən radiasiya ilə çirklənib.


Bu barədə "Pulitzer" mükafatı laureatı amerikalı jurnalist Seymur Herş Substack platformasındakı bloqunda ABŞ və İsrail kəşfiyyat orqanlarına yaxın mənbələrə istinadən məlumat yayıb.


Herş iddia edir ki, bunlar Fordo və İsfahandakı obyektlərdir. O yazır ki, yeraltı obyektlərin son yoxlanılması zamanı ən azı iki iranlı mütəxəssis radiasiya təsirindən ölüb. Natanzda yerləşən üçüncü belə obyektin isə çirklənmədiyi iddia edilir.


Jurnalistin sözlərinə görə, Vaşinqtondakı mənbələri hesab edir ki, qismən zənginləşdirilmiş uran ehtiyatının deqradasiyası İranın uzunmüddətli nüvə proqramına ciddi zərbə vurub. Herşin mənbələrindən biri aydınlaşdırıb ki, çıxarıla bilməyən qismən zənginləşdirilmiş uranın yeraltı ehtiyatı nüvə silahı deyil.


Eyni zamanda İsrailə yaxın bir mənbə bu qiymətləndirmələri qəti şəkildə rədd edib. Onun sözlərinə görə, İranın uran ehtiyatlarının əhəmiyyətli bir hissəsini itirdiyi iddiaları Vaşinqton və Tehran arasında mümkün razılaşmanı əsaslandırmaq və İranın nüvə məsələsinin həll olunduğunu göstərmək üçün hazırlanmış dezinformasiyadır.


İsrailli mənbə həmçinin iddia edir ki, zərbələr nəticəsində Fordo və İsfahan ərazilərində tunellər dağılsa da, bu, oradakı materialın geri qaytarıla bilməyəcəyi anlamına gəlmir.


Bundan əlavə, o, Nətənzdə belə bir çirklənmə əlamətlərinin olmadığını və peyk görüntülərinə və kəşfiyyat məlumatlarına görə İranın zənginləşdirilmiş uran konteynerlərini digər ərazilərə daşımağa davam etdiyini iddia edir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi