kanal1

Putin Türkiyəyə gedir: nələr danışılacaq…

Tarix:17-05-2022, 12:18
Baxış Sayı:183 449

Putin Türkiyəyə gedir: nələr danışılacaq…


Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcək.

 “Yeni Şafak” qəzeti xəbər verir ki, o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyəli işgüzar görüşə dəvət edilib.

Nəşr qeyd edir ki, çərşənbə günü Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti Ankaraya səfər edəcək və bir sıra görüşlər keçirəcək. 

Qəzetin yazdığına görə, görüşlər zamanı Türkiyə və Rusiya arasında yüksək səviyyəli işgüzar görüş üçün zəmin hazırlanacaq. 

Bundan əlavə Novakın rəhbərlik etdiyi nümayəndə heyətinin danışıqlar zamanı müzakirə edəcəkləri əsas mövzulardan biri yüklərin daşınması məsələləri olacaq.

"2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 milyard 25 milyon dollar təşkil etsə də, 2022-ci ildə bu istiqamətdə azalma müşahidə olunur. Nəqliyyat probleminin həlli və nümayəndə heyətləri arasında ticarətin həcminin artırılması üçün qiymətləndirmə işləri aparılacaq", - mətbu orqanı yazır.

Ərdoğan Putin görüşündə əsas müzakirə olunacaq məsələlərdən biri Ukraynadakı vəziyyət olacaq.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi