kanal1

Ukraynadakı müharibənin taleyini dəyişəcək addım - ABŞ generalları açıqladı

Tarix:16-06-2022, 10:52
Baxış Sayı:183 005

Ukraynadakı müharibənin taleyini dəyişəcək addım - ABŞ generalları açıqladı


ABŞ raket atıcı sistemi olan HIMARS-ı təlim keçmiş personalı ilə birlikdə iyun ayının sonuna qədər Ukraynaya daşınacağını açıqlayıb. 

“Bunu ABŞ Müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi general Mark Milley keçirdikləri birgə mətbuat konfransında deyib.

Ostinin sözlərinə görə, ABŞ-ın Ukraynaya  veriləcək 1 mlrd dollarlıq silah yardımı paketinə çoxlüləli reaktiv yaylım atəşi (MRLS) sursatları, 18 ədəd  M777 tipli haubitsa və onları yedəkləyən taktiki maşınlar, 36 min ədəd 155 millimetrlik haubitsa mərmiləri, 2 sahil Harpoon müdafiə sistemi minlərlə radio, gec görmə cihazları, termal cihazlar və digər optik avadanlıqlar  daxildir.

“Biz koordinasiya və əməkdaşlığı dərinləşdirəcəyik və hamımızı qoruyan qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsini davam etdirəcəyik”, - Ostin vurğulayıb.

Baş qərargah rəisi Milley isə deyib ki, HIMARS-lar 70 kilometrlik məsafədə olan hədəfləri dəqiqliklə sıradan çıxara bilir.

Milley ABŞ və müttəfiqlərinin HIMARS üçün 60 ukraynalı, M777 haubitsaları, zirehli personal daşıyıcıları və pilotsuz uçuş sistemləri üçün isə 420 ukraynalı personala təlim keçdiyini açıqlayıb. Milley bundan əlavə olaraq Ukraynaya 97 min tank əleyhinə sistem təqdim etdiyini də bildirib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi