kanal1

Putində çarələr tükənir: Yeni plan üzə çıxdı

Tarix:6-07-2022, 15:30
Baxış Sayı:44 038

Putində çarələr tükənir: Yeni plan üzə çıxdı


Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 5-ci ayda davam edərkən, hər iki tərəf ciddi itkilər verməkdə davam edir.

“Dailymail” xəbər verir ki, Ukrayna cəbhəsində döyüşən əsgərlər silah və sursatlarının azaldığını etiraf edib. Həmçinin Rusiyada da ciddi kadr çatışmazlığı yaranıb.

Britaniyanın “Dailymail” qəzetinin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin kadr probleminə həll yolu tapmaq üçün fövqəladə qərar verib. Qəzetin "IStories" Müstəqil media təşkilatına istinadən verdiyi məlumata görə, Rusiya Ukraynada döyüşmək üçün məhbusları cəlb etməyə başlayıb.

Bildirilir ki, əməliyyatı Putinlə əlaqəsi olduğu bilinən Vaqner qruplaşması həyata keçirib. Məhbusların "Ukraynada nasistləri ovlamaq üçün" muzdla alındıqları deyilir.

İşə götürülən hər məhbusa aylıq təxminən 6 min manata yaxın maaş verildiyi, 6 aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi açıqlanıb.



Bildirilib ki, artıq Yablonevka, Obuxovo və Fornosovo həbsxanalarında işə qəbul başlayıb. 

Məhbuslardan birinin qohumu “Dailymail”ə deyib ki, müstəntiqlər cümə günü axşam Yablonevkaya gələrək məhkumlardan vətəni müdafiə etməyi xahiş ediblər:

"Məhkumlara deyilib ki, nasistləri tapmaq asan deyil, ona görə də hamı geri qayıda bilməyəcək. Hakimiyyət bəyan edib ki, gedənlərin yalnız 20%-nin geri dönməsini gözləyirlər. Sağ qalan məhbuslar əfv olunacaq və 200 min rubl pul ödənəcək. Ölənlərin ailələrinə də 5 milyon rubl (təxminən 13 min manatdan çox) təzminat vəd edilib. Amma bütün bu razılaşmalar yalnız şifahi olacaq və heç vaxt kağıza yazılmayacaq”.

Adı açıqlanmayan bir mənbə həbsxanalardan 200 nəfərin qeydiyyatdan keçmək istədiyini, lakin 40 nəfərin işə götürüldüyünü və məhbusların yalan detektoru ilə sınaqdan keçirildiyini iddia edib.

Bu planda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əli olduğu iddia edilib. Qərb mediası gözlənilməz addımın Putinin çarəsizliyi ilə bağlı olduğunu yazıb.

Bu xəbər məhbusların ailələri tərəfindən birmənalı qarşılanmayıb. Vaqnerlə döyüşmək üçün seçilən məhbusun qohumu "6 aya evə qayıdacağı və cinayəti işinə xitam veriləcəyi vədi ilə rüşvət verdilər. Bunu biləndə əsəb pozğunluğu yaşadıq"- sözlərini deyib.

Gulagu.net hüquq-müdafiə qrupu tərəfindən verilən açıqlamada məhkumların ailələrinin bu qərardan dəhşətə gəldiyi qeyd edilib. Vurğulanıb ki, məhkumların vəziyyəti onlara düzgün seçim etməyə imkan vermir.

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI
Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” - VİDEO
Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” - VİDEO
Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...
“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...
Amerika Cənubi Qafqazda nə qədər səmimidir?.. - Ekspertlər danışır
Amerika Cənubi Qafqazda nə qədər səmimidir?.. - Ekspertlər danışır
Quranı yandıran şəxs Ərdoğanı “hədələdi”
Quranı yandıran şəxs Ərdoğanı “hədələdi”