kanal1

Ağ Ev Kremlin gələcək planlarını açıqladı: “Cavab ağır olacaq”

Tarix:20-07-2022, 15:30
Baxış Sayı:180 729

Ağ Ev Kremlin gələcək planlarını açıqladı: “Cavab ağır olacaq”


“ABŞ-da Rusiyanın Ukraynanın yeni ərazilərinin ilhaqına hazırlığı barədə məlumat var. Söhbət Donetsk, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərinin işğal olunmamış ərzilərindən gedir”.

Bunu iyulun 19-da keçirdiyi brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının və strateji kommunikasiyaların koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, kəşfiyyat və açıq mənbələrdən Rusiyanın Ukraynanın əlavə ərazilərini ilhaq etmək cəhdini planlaşdırdığına dair əhəmiyyətli miqdarda dəlil görürük: “Rusiya  2014-cü ildə Krımın işğalı zamanı olduğu kimi, ilhaqın öz “qayda və şərtlərini” elan etməyə başlayır”.

O əlavə edib ki, Rusiya artıq nəzarət etdiyi Ukrayna ərazilərində qanunsuz olaraq nəzarətlərində olan şəxsləri yerləşdirib.

“Biz onun növbəti addımlarını bilirik: əvvəlcə bu “liderlər” Rusiyaya birləşmək üçün mərhələli “referendum” təşkil edəcəklər. Sonra Rusiya bu “referendumlardan” istifadə edərək Ukraynanın yeni ərazilərini ilhaq etməyə cəhd edəcək”, - Ağ Evin sözçüsü əlavə edib.

O bildirib ki, Rusiya hakimiyyəti Xerson və Zaporojye vilayətlərinin bir hissəsini, eləcə də bütün Donetsk və Luqansk vilayətlərini ilhaq etmək planını nəzərdən keçirir. Kirbi izah edib ki, Rusiya artıq belə bir addım üçün hazırlıqlara başlayıb, işğal olunmuş ərazilərdə rublu dövriyyəyə buraxıb, internetə çıxışı bağlayıb, ukraynayönlü fikirli insanları təqib edir və media üzərində nəzarəti bərqərar edir.

“Kreml bu referendumların vaxtını açıqlamayıb, lakin onların yerlərdə təyin etdiyi “liderləri” bildiriblər ki, onlar bu il, çox güman sentyabrın 11-də Rusiyada keçiriləcək regional seçkilərlə yanaşı keçiriləcək”, -  Kibri bildirib.

Kibri onu da bəyan edib ki, Rusiya ilhaq planlarını davam etdirsə, cavabımız çevik və sərt olacaq və müttəfiqlərimiz və tərəfdaşlarımızla paylaşılacaq. Rusiya daha da sərt sanksiyalara məruz qalacaq, indi olduğundan daha ciddi şəkildə  beynəlxalq aləmdən təcrid ediləcək. Biz Rusiyanın ilhaq etdiyi əraziləri heç vaxt tanımayacağıq”, - Kirbi bildirib.

O eyni zamanda  Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri hərbi yolla geri ala biləcəyi fikrini də ifadə edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi