kanal1

Lukaşenka nüvə ilə hədələyib və Şoltsa ‘patsan’ deyib

Tarix:29-08-2022, 10:22
Baxış Sayı:172 112

Lukaşenka nüvə ilə hədələyib və Şoltsa ‘patsan’ deyib


Lukaşenka əlavə edib ki, Belarus Qərbin hədələrinə adekvat cavab verməyə hazırdır

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka bəyan edib ki, Belarus təyyarələrinin nüvə silahı daşıya bilməsi üçün yenidən quraşdırılması başa çatıb:

"Biz nə vaxtsa Putinlə Piterdə bəyan etmişdik ki, Belarusun S-24 təyyarələrini nüvə silahı daşıya bilmələri üçün yenidən quraşdıracağıq. Bəs siz nə bilirdiniz? Elə bilirdiniz ki, biz elə-belə boş söz danışırıq? Hər şey hazırdır!”

Lukaşenka əlavə edib ki, Belarus Qərbin hədələrinə adekvat cavab verməyə hazırdır.

Lakin RBK agentliyi diqqəti belə bir məqama çəkir ki, Su-24 təyyarələri hələ 2012-ci ildə “köhnə” olduğuna görə Belarus silahlı qüvvələrinin cəbbəxanasından çıxarılıb.

BelTA dövlət xəbər agentliyinin saytında da Lukaşenkanın nitqində Su-24 barədə məlumat yoxdur.

İki ay bundan əvvəl Sankt Peterburqda Lukaşenka Rusiya prezidenti Vladimri Putinə müraciət edərək ondan nüvə silahı daşıya bilən NATO təyyarələrinin təlim uçuşlarına “adekvat reaksiya” verə bilməsi üçün kömək istəmişdi.

Bununla əlaqədar Lukaşenka paritet qaydada cavab verilməsi üçün Belarus təyyarələrinin heç olmasa nüvə silahına uyğunlaşdırılmasını xahiş etmişdi.

O vaxt Putin demişdi ki, Belarus ordusunun bir qrup Su-25 təyyarəsi var və onları müvafiq avadanlıqla təkmilləşdirmək olar.

Bu arada Alyaksandr Lukaşenka Almaniya kanslerini “patsan” (Azərbaycanca “uşaq” və ya “gədə” mənasını verir) adlandırıb və deyib ki, “onun siyasətdən başı çıxmır”.

Lukaşenkanı qəzəbləndirən Şoltsun Putinlə söhbətini açıqlaması olub:

"İnanın ki, mənim buna reaksiyam...Patsandır da...Şolts siyasətdə heç nə anlamayan və anlamaq istəməyən patsandır”.

Olaf Şolts bu yaxınlarda Rusiya prezidenti ilə bir telefon söhbətini xatırlamışdı. Onun sözlərinə görə guya Putin həmin söhbət vaxtı demişdi ki, nə Belarus, nə də Ukrayna müstəqil, suveren dövlət olmamalıdr.

Lukaşenkanın fikrincə Şolt belə bir informasiyanı açmamalıydı:

"İki dövlət başçısı arasında belə söhbətlər tam qapalı xarakter daşıyır. Söhbəti telefon xəttinin o başındakı şəxslə razılaşdırdıqdan sonra ictimailəşdirmək olardı. O bunu Putinlə razılaşdırmalıydı. Yəni “bunu demək istəyirəm və sair...””

Lukaşenka bildirib ki, o bu barədə Putinin tamam başqa “nöqteyi-nəzərini” bilir:

“Əsas o deyil ki, Şolts və Putin nə danışıblar. Əsas mənim sizə dediyimdir: bizim dövlətimizin suverenliyi, müstəqilliyi toxunulmazdır. Vəssəlam!”

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi