kanal1

Müharibəni alovlandıran səbəb: “Rusiya 2120-ci ildən danışır, amma bir məqamı unudur” - ŞƏRH + FOTO

Tarix:3-09-2022, 09:30
Baxış Sayı:151 664

Müharibəni alovlandıran səbəb: “Rusiya 2120-ci ildən danışır, amma bir məqamı unudur” - ŞƏRH + FOTO


Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Rusiyanın 2120-ci ildə də qaz tədarük edə biləcəyini açıqlayıb. O qeyd edib ki, yüz il boyunca ruslar ucuz, etibarlı enerji resursuna çıxış əldə edəcəklər. Çünki uzun illər işlənəcək və ölkəni qazla təmin edə biləcək bir sıra yataqlar haqqında məlumatlar var.

Maraqlıdır, Rusiyanın daxili resurslarla zəngin olması Rusiya-Ukrayna müharibəsinin taleyinə necə təsir edəcək?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi ekspert İlqar Vəlizadə Oxu.Az-a açıqlamasında neft-qaz satışından əldə edilən gəlirin etibarlı olmadığını deyib:



“Rusiya enerjiylə zəngin olan bir ölkədir. Uzun illər neft və qaz ixracatçısı kimi dünya bazarında çıxış edə bilər. Ancaq neft və qaz satışından əldə edilən pullar etibarlı sayıla bilməz. Çünki konyunktura dəyişilir və ara-sıra neft və qaz qiymətlərinin enməsi həmin məhsulların ixracatçılarını çətin vəziyyətə salır. Məsələn, pandemiyadan əvvəl olan enerji böhranı istehsalçılara mənfi təsir göstərdi. Bu cür böhran qaçılmazdır. Çünki dünya bazarında alternativ enerji istehsalı, tədarükü çoxalır.

Rusiyanın neft-qazından asılılıq gələcəkdə azala bilər. Amma iş orasındadır ki, müharibə bu gün var və sabah da davam edəcək. Bu ərəfədə, əlbəttə ki, Rusiyanın neft-qazdan əldə etdiyi vəsait müharibənin davam etdirilməsinə imkanlar yaradır. Ancaq məsələ ondadır ki, Rusiyanın Ukraynadakı hədəfləri uzunmüddətli hədəflər deyil. Rusiya tezliklə onlara çatmaq üçün imkanlarından maksimum istifadə edəcək. Ona görə də düşünürəm ki, yaxın aylarda vəziyyət mürəkkəb olaraq qalacaq”.

Müsahibimiz uzaq gələcəkdə neft və qazın dünya iqtisadiyyatındakı payından danışmağın çətinliyini də vurğulayıb:

“Rusiya 2120-ci ildən söz açır, amma əsrin ortalarına qədər neft-qazın dünya enerji tədarükündə payı ciddi şəkildə azala bilər. Bu tendensiyalar heç də Rusiyanın lehinə oynamır. Rusiya da bunu bilir, sadəcə bəzi məqamları aşkara çıxarmamağı seçir”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi