kanal1

Şevçenkodan Xankəndinə gedən Vardanyanla bağlı sensasion sözlər: “Bakıya getsə…”

Tarix:9-09-2022, 10:21
Baxış Sayı:173 605

Şevçenkodan Xankəndinə gedən Vardanyanla bağlı sensasion sözlər: “Bakıya getsə…”


“Ruben Vardanyan sadəcə boşboğazdır. O, sadəcə, Avropa sanksiyalarına məruz qalmamaq üçün Rusiya vətəndaşlığından imtina edib”.

Bunu rusiyalı ekspert Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, Vardanyan bu yolla fransız erməni diasporundan olan vəkilləri öz tərəfinə çəkməyə çalışır. 

“Qarabağla və Rusiyadan imtina ilə bağlı bəyanat varidatını Fransada leqallaşdırılmaq üçün verilib. Biznes, başqa heç nə. Ola bilsin ki, o, qəlbində Qarabağ ermənilərinə rəğbət bəsləyir, amma məncə, Bakıya getsə, onlara kömək etmək daha yaxşı olardı”, – ekspert bildirib.

Ekspert əlavə edib ki, Vardanyan hər zaman İstanbula gedə bilər, ya da Bakıda müəyyən dairələrlə görüşüb öz köməyini təklif edə bilər. 

“Tutaq ki, o, Bakıya gedib deyə bilər: “İcazə verin, Qarabağ erməniləri ilə münasibətləri yaxşılaşdırmağa kömək edim. Azərbaycanın erməni əhalisinə başa salacağam ki, qorxmağa ehtiyac yoxdur. Bu, əsl kömək olardı. Amma yox, o, erməni sivilizasiyasının beşiyi olan bəzi müqəddəs erməni torpaqlarından danışmağa başladı. Bu, metafizik axmaqlıqdır. 2018-ci ildə siyasi karyerasının əvvəlində Paşinyanın üslubunda Böyük Tiqran və bəzi qədim köklər haqqında danışdığı kimi… Bunun real vəziyyətlə nə əlaqəsi var? Heç bir əlaqə yoxdur!”, – politoloq bildirib. 

Şevçenko onu da əlavə edib ki, “müharibədə qalib gələn, sonra Laçını azad edən və bunun eyni ruhda davam edə biləcəyini göstərən Azərbaycan var”.

“Müharibə istəməyən, onlara əl uzadıb danışıqlar aparmağa çalışan Azərbaycan rəhbərliyi və xalqının xoş niyyəti var. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin Qarabağı vətən sayan ermənilərə ünvanladığı bir mövqe var: “Xahiş edirəm, Azərbaycanda yaşayın. Amma onun qanunlarını qəbul edin, erməni olaraq qalın, ancaq ölkənin qanunlarını qəbul edin”. Bax Vardanyan buna əsaslanaraq prosesə kömək edəcəkdi. 

Əgər sən Moskvanın mərkəzində bizneslə məşğul olursansa, deməli, Qod Nisanov və Araz Ağalarovla tanışsan, çətin ki, qəzəbli formada fikir mübadiləsi etsin. Bir-biri ilə ünsiyyət qururlar. Bu məsələnin sülh yolu ilə həllinə kömək etmək mümkün idi. Amma bunun əksi olaraq Vardanyan öz biznes maraqlarını erməni xalqının hesabına həll etməyə gəlir, onları metafizik zəmində yeni qarşıdurmaya cəlb edir. Hesab edirəm ki, bu, cinayət mövqeyidir”, - deyə ekspert yekunlaşdırıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi