kanal1

Ağacanyan Ermənistan parlamentinin Azərbaycanla bağlı sənədin qəbul edilməməsinin detallarını açıqladı

Tarix:3-12-2022, 10:48
Baxış Sayı:153 937

Ağacanyan Ermənistan parlamentinin Azərbaycanla bağlı sənədin qəbul edilməməsinin detallarını açıqladı


Biz Ermənistan hakimiyyətinin nümayəndələri olaraq riskləri ehtiva edən bəyanatı qəbul edə bilmərik.

Bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan  qanunverici orqanın dekabrın 2-də Azərbaycanla bağlı bəyanatın qəbul edilməməsinin əsas səbəbini şərh edərkən deyib. 

“Bəyanatda ətrafında razılığa gəlmək mümkün olan bir çox müddəaların olmasına baxmayaraq, bununla belə, tərəflərin mövqelərinin fundamental olduğu və onlar ətrafında razılığa gəlmək mümkün olmadığı ifadələr var”, - deyə o bildirib. 

Onun sözlərinə görə, “Ermənistan” fraksiyasının təklif etdiyi düsturlar müharibədən əvvəlki xarici siyasətin məntiqinin davamı və təkrarıdır: “Bu, qəbuledilməzdir. Çünki bu günkü mövcud vəziyyət həmin yürüdülən siyasətin nəticəsidir”.

Ağacanyan bildirib ki, “ Vətəndaş müqaviləsi” fraksiyası “Ermənistan”  blokunun hazırladığı bəyanat layihəsində yer alan terminologiyanın Ermənistanın təklif etdiyi sülh gündəliyinin təbliğinə töhfə verməkdən daha çox risk yaratdığını nümayiş etdirir. “Ona görə də  “Vətəndaş müqaviləsi” fraksiyası  iqtidar partiyası olaraq  Ermənistan üçün bu cür riskləri ehtiva edən bəyanatı qəbul edə bilməz”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi