kanal1

Tarixi ilk: İsrail prezidenti BƏƏ-yə gedir - Nə dəyişəcək...

Tarix:26-01-2022, 09:48
Baxış Sayı:234 758

Tarixi ilk: İsrail prezidenti BƏƏ-yə gedir - Nə dəyişəcək...


Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfərə hazırlaşan İsrail prezidenti İshaq Hersoq bildirib ki, yeni tərəfdaşlıq Yaxın Şərqi dəyişəcək və bütün regiona ilham verəcək.

Yanvarın 30-31-də İsrail prezidenti İshak Hersoq və xanımı tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək. 

“Bu barədə  İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər BƏƏ-nin faktiki hökmdarı, vəliəhd, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Hersoq vəliəhd ilə danışıqlar aparacaq, orada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşəcək və Expo 2020 Dubai sərgisində İsrailin Milli Gününü açacaq.

“Biz Birləşmiş Ərəb Əmirliklərinə ilk prezident səfərimizi etməklə tarix yazmaqdan şərəf duyuruq. Bu mühüm səfər İsrail və Əmirlik xalqlarının yeni ortaq gələcəyin təməllərini qoymaqla məşğul olduqları bir vaxta təsadüf edəcək”, - İsrail prezidenti qeyd edib.

O, yeni tərəfdaşlığın Yaxın Şərqi dəyişəcəyinə və bütün regionu ruhlandıracağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda İsrail Birləşmiş Ərəb Əmirlikləri ilə sülh sazişi imzalayıb. BƏƏ İsraillə diplomatik və iqtisadi əlaqələri dinc yolla tam tənzimləyən üçüncü ərəb ölkəsi (Misir və İordaniyadan sonra) oldu. Tərəflər əlaqələri bərpa etməyə və ölkələr arasında sərmayə, turizm, birbaşa uçuşlar, təhlükəsizlik və telekommunikasiya sahələrinin inkişafı planını birgə müəyyənləşdirməyə söz veriblər.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi