kanal1

Türkiyənin təklifi ilə “Beynəlxalq SıfırTullantı Günü” bütün dünyada qeyd olunur

Tarix:28-03-2023, 09:14
Baxış Sayı:49 486

Türkiyənin təklifi ilə “Beynəlxalq SıfırTullantı Günü” bütün dünyada qeyd olunur


2022-ci il Türkiyə  iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları yaratmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təklif təqdim etdi. BMT Baş Assambleyasının aldığı qərara əsasən 30 Mart, artıq bütün dünyada “Beynəlxalq Sıfır Tullantı Günü” kimi qeyd olunur. BMT Baş Assambleyası Türkiyənin  əsas server, digər 105 ölkənin isə ortaq server olduğu Beynəlxalq Sıfır Tullantı Günü elan etdi.

Türkiyənin Azərbaycandakı səfirliyindən “Ölkə.Az”a verilən məlumata görə, Türkiyə, Sıfır Tullantı layihəsi ilə dünyanın maraq mərkəzində olan bütün ekoloji və təbiəti mühafizə layihələrində nümunəvi ölkə kimi seçilir. Layihə tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıların yaranması səbəblərini nəzərdən keçirməklə qarşısını almaq və ya minimuma endirmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi daşıyır.

Türk mətbəxinin yüzillik dayanıqlılıq prinsipləri dünyaya ilham verir

Sıfır tullantı fəlsəfəsi tullantıları həyatın bütün sahələrindən çıxarmağı hədəfləyir və israfsız mətbəx məhsulları istifadəsini tələb edir. Müasir şəraitdə zərurət olan tullantısız mətbəx nəsillər boyu türk mətbəxinin ayrılmaz hissəsi olmuşdur.

Türk mətbəxi tullantısız və dayanıqlı mətbəx tətbiqləri fəlsəfəsini qorumaqla yemək israfına yol verilməməsi prinsipinə əsaslanır, bitki və heyvan mənşəli məhsulların bütün elementlərindən faydalanmaq üçün həll yolları təqdim edir. Təbii və orqanik məhsullardan hazırlanan vegan və vegetarian mətbəxi uzun müddətdir ki, türk süfrələrinin olmazsa olmazıdır. Türk mətbəxinin zəngin diapazonuna daxil olan, demək olar ki, hər növ yemək inqrediyentlər israf edilmədən hazırlanır. Məsələn, bayat çörəkdən çox növ yemək hazırlanır. Plov qalığından isə şorba və ya düyü piroqu hazırlanır. Dolma hazırlayarkən balqabağın və ya badımcanın içi çıxarılır, amma çıxarılan içlik heç vaxt atılmır, fərqli bir dada çevrilərək istifadə olunur. Böyük ailə məclislərində təqdim olunan ənənəvi yemək növləri illərdir bu torpaqlarda dayanıqlı və ahəngdar mövcudluğun əsasını təşkil edir.

Türkiyədə Dayanıqlı Turizm

Türkiyə eyni zamanda dünyanın bir nömrəli ətraf mühit və dayanıqlılıq platforması olan Qlobal Dayanaqlı Turizm Şurası (GSTC) ilə Milli Dayanıqlı Turizm Proqramı qurmaq üçün əməkdaşlıq müqaviləsi imzalayaraq dünyaya nümunə oldu.

Müqavilə çərçivəsində növbəti üç ildə turizm sektorunun yenidən qurulmasını hədəfləyən Türkiyə, dünyada dayanıqlı turizm sahəsində hökumətlə birgə milli proqram hazırlayan və “qollarını çırmalayan” ilk ölkə oldu. Keçən il start verilən Proqramın məqsədi yerli əhali üçün sosial və iqtisadi faydaları maksimum dərəcədə artırmaq , mədəni irsi inkişaf etdirmək, biomüxtəlifliyi, ekosistemləri və təbii gözəlliyi qorumaqla yanaşı çirklənməni azaltmaq və resurslara qənaət etməkdir. Başlanğıcda qonaqlama yerləri üçün yaradılan Dayanıqlı Turizm Proqramı çərçivəsində 2030-cu ilə qədər mərhələli keçidin başa çatacağı gözlənilir. Qonaqlama yerləri effektiv dayanıqlı planlaşdırma əsasında ardıcıl olaraq dayanıqlılığı təkmilləşdirməyə təşviq edilir. Bu çərçivədə, Mədəniyyət və Turizm Nazirliyinin 15 noyabr 2022-ci il tarixli sərəncamına əsasən Türkiyədəki bütün qonaqlama yerləri 2023-cü ilin sonuna qədər 1-ci Mərhələ Dayanıqlı Turizm Təsdiqini almalıdır.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO